Bu İstifadəçi razılaşması Tələbə.az platformasından istifadə zamanı tətbiq olunan qaydaları, şərtləri və öhdəlikləri müəyyən edir. Platformamıza daxil olmaqla və ondan istifadə etməklə, siz bu müqavilədə göstərilən bütün şərtləri qəbul etmiş olursunuz.
1. Ümumi şərtlər
- Tələbə.az gənclər, tələbələr və istifadəçilər üçün təhsil, inkişaf və karyera imkanlarını təqdim edən rəqəmsal platformadır.
- Platformadan yalnız qanuni məqsədlərlə və mövcud qanunvericiliyə uyğun istifadə etmək icazəlidir.
2. İstifadəçi öhdəlikləri
- Qeydiyyat zamanı təqdim etdiyiniz bütün məlumatların düzgün və aktual olmasına zəmanət verirsiniz.
- Platformadan istifadə edərkən qanunsuz, təhqiramiz, aldatıcı və ya zərərli hərəkətlərdən çəkinməlisiniz.
- Başqa şəxslərin hesab məlumatlarını icazəsiz istifadə etmək qadağandır.
3. Məxfilik və məlumatların qorunması
- İstifadəçilərin şəxsi məlumatları Məxfilik Siyasəti-nə uyğun olaraq qorunur.
- İstifadəçilərin razılığı olmadan şəxsi məlumatlar üçüncü tərəfə ötürülməz (qanuni tələblər istisna olmaqla).
4. Məzmun və müəllif hüquqları
- Platformada yerləşdirilən bütün materiallar (mətn, şəkil, video və s.) müəllif hüquqları ilə qorunur.
- İcazəsiz olaraq məzmunun kopyalanması, paylaşılması və ya dəyişdirilməsi qadağandır.
5. Məsuliyyətin məhdudlaşdırılması
- Tələbə.az platformasının istifadəsi nəticəsində yaranan hər hansı bir itki və ya zərərə görə məsuliyyət daşımır.
- Xidmətlərin fasiləsiz və ya xətasız olacağına dair zəmanət verilmir.
6. Dəyişikliklər
- Tələbə.az istənilən vaxt İstifadəçi razılaşmasını dəyişdirmək hüququnu özündə saxlayır.
- Dəyişikliklər sayt üzərindən elan edildiyi andan qüvvəyə minir.
- Platformadan istifadə etməklə, siz bu müqavilədə qeyd olunan bütün şərtləri qəbul etmiş sayılırsınız.