Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Yuğ Dövlət Teatrının rejissoru Mir Sahib Ağazadə Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Dram Teatrında tamaşa hazırlayıb

Yuğ Dövlət Teatrının rejissoru Mir Sahib Ağazadə Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Dram Teatrında C.Məmmədquluzadənin əsərləri əsasında “Danabaşlar” adlı tamaşaya quruluş verib. Tamaşada Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” povestindən, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu”, “Lal” və başqa hekayələrindən istifadə olunub.  Janrı bir hissəli qəmli komediya kimi təyin olunan tamaşanın musiqi tərtibatı və xoreoqrafik həlli quruluşçu rejissor Mir Sahib Ağazadəyə məxsusdur.

“Danaşablar” tamaşasının ideyası Mirzə Cəlilin Uçitel personajının “Oxumaq işıqdır, oxumamaq zülmətdir” fikrindən götürülüb ki, bu da tamaşanın finalında böyük bir kitabın üzərindən qara örtüyün götürülməsilə ifadə olunur.

Tamaşanın premyerası dekabr ayının 15-də Dərbənd Ləzgi Teatrının binasında baş tutub.

 

 

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button