“Yerli əhalinin çox hissəsi kabel İnternetdən yox, Wİ-Fİ-dan istifadə edir”

Telebe.az saytı xaricdə təhsil almaq arzusunda olanlara yardım etmək məqsədilə növbəti müsahibini oxuculara təqdim edir. Bu, hazırda Latviya Univesitetinin (European Studies Programı üzrə) İqtisadiyyat və İdarə etmə fakültəsinin Magistraturasında oxuyan  Anar Zeynalovdur.

Özünüz haqqında məlumat verin (Latviyada təhsil alanadək Azərbaycanda harada oxumusunuz və hansı işlərlə məşğul olmusunuz?)

Anar Zeynalov, 1988-ci il Naxçıvan MR-da anadan olmuşam. 2009-cı ildə Qafqaz universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirdim və elə həmin ildə Latviya Univesitetinin (European Studies Programı üzrə) İqtisadiyyat və İdarə etmə fakültəsinin Magistraturasına qəbul oldum. Azərbaycanda 4 il keçirdiyim tələbəlik illərində bəzi Qeyri Hökumət Təşkilatlarında könüllü olaraq işləyirdim. Bunlardan “Gənclər üçün Təhsil Mərkəzi”, “İrəli” İctimai Birliyi və “Avropanın Gənc Azərbaycanlı Dostları Təşkilatı”-da fəaliyyət göstərirdim.

Latviyada təhsil almaq üçün hansı proqramla bu ölkəyə getmisən?

Mən Latviya Universitetinin European Studies proqramı əsasında burda oxuyuram. Proqramın üstün cəhətlərindən biri odur ki, tədris ili ərzində bizi Belçikaya Avropa Birliyinin institutlarına, NATO-ya, Luksemburqa Avropa Ədalət Məhkəməsinə apardılar. Orada olduğumuz  müddətdə müxtəlif mühazirələrdə iştirak elədik və onların iş rejimləriylə tanış olduq. Universitetə müraciət etmək üçün ilk öncə universitetlə əlaqə saxlamaq lazımdır (əgər lazım olsa, mənimlə də əlaqə saxlaya bilərsiniz). Sonra universitet əsas olaraq bu sənədləri tələb edəcək: təhsil haqqında əvvəlki sənədin (bakalavr diplomu) və ya bakalavrın son kursunda təhsil alanlar üçün bu haqda arayış, keçilən fənlər və qiymətlərdən çıxarışın notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş surəti, universitetdə təhsil almaq üçün ərizə forması, məqsəd məktubu, dil sertifikatı (TOEFL və ya IELTS). Ətraflı məlumat üçün (http://www.lu.lv/eng/ ) bu linkdən istifadə edə bilərsiniz.

Eşitdiyimizə görə, Latviyada internet xidmətləri yüksək səviyyədədir. Hətta şəhərdəki parklarda belə problemsiz Wi Fi–a qoşulmaq mümkündür…


Tamamilə doğrudur, Azərbaycanla müqayisədə Latviyada İnternet xidmətləri xeyli yüksək səviyyədədir, burada bütün universitetlərdə, kafelərdə, restoranlarda, tələbə yataqxanalarında, şəhərlər arası avtobuslarda, hətta parklarda bele rahat internetə qoşulmaq şəraiti var.  Burada Internet tarifləri də çox ucuzudr, yerli əhalinin çox hissəsi kabel İnternetdən yox,  Wİ-Fİ-dan daha çox istifadə edir.


Avropa mətbuatı Latviyada ali təhsilin ilbəil bahalaşdığını  yazır. Sirr deyilsə, deyə  bilərsinizmi orada bakalavr ya da magistratura təhsili almaq üçün nə qədər vəsait tələb olunur?
Burada sirr saxlanılacaq nə var ki? Burada təhsil bahalaşır deməzdim mən. Çünki bir neçə ildir stabil qiymətlər qalıb, ölkədə iqtisadi böhran olduğundan hətta deyərdim ki, qiymətlər daha da ucuzlaşıb. Ancaq yerli əhali üçün. Burda bir fərq də var ki, Avropa Birliyinə üzv olan dövlətlərin vətəndaşları digər ölkələrin vətandaşlarından 2 dəfə az təhsil haqqı ödəyirlər. Məsələn, mən ildə 3700 Euro ödəyirəmsə, Avropa birliyinin vətandaşları 1850 Euro ödəyir, amma universitetimizin başqa universitetləri ilə də tələbə mübadiləsi proqramı var. Məsələn,  qonşu Gürcüstanla müqavilələri var. Gürcüstandan tələbə gəlib 1 semestr təhsil haqqı ödəmədən oxuya bilər. Mən çox istərdim ki, bu mübadilə proqramı Azərbaycanla da qurulsun.  Tələbələr əsasən bildiyimiz Erasmus proqramı ilə çox gəlirlər, onlar  heç bir vəsait ödəmirlər.

Sualınızın ikinci hissəsinə aydınlıq gətirmək istərdim, hər bir fakültənin və proqramın tələb olunan təhsil haqqısı var, amma universitetin sosial işlər bölümü də mövcuddur. Əgər imkanın yoxdursa, bu miqdarda pulu ödəməyə onlara müraciət etmək olar.


Latışların Azərbaycanlı tələblələrə  münasibəti necədir?


Əslində burada 2 tipli əhali var: 1) Rus Latış; 2) Latış Latış. Bunlar bir-birlərindən fərqlənirlər, rusların latışlardan, latışların da ruslardan xoşları gəlmir. Amma hər iki tip əhalinin Azərbayclılardan xoşu gəlir. Əsas da  zərif cinsin nümayəndələri bizə yaxşı münasibət göstərirlərJJJ. Düzdür, Azərbaycan haqqında informasiyaları az olsa da, çox maraqlanırlar Azərbaycanla. Bəzən boş vaxtlarımızda bütün tələbələr (qrup yoldaşlarımız) bir araya yığışırıq. Ən çox da mənə sual verirlər WHY LATVİA? Bunlar üçün Avropa Birliyində olan ölkələrin hamısı eynidi, bir latışa Azərbaycan maraqlıdır, nəinki Fransa. Çünki tam fərqli mədəniyyət, adət-ənənə, fikir ayrlığı, dəyər, din və.s. Bir sözlə buradakı tələbələr bizə qarşı yaxşı münasibətdədilər.


Bu ölkədə təhsil ala-ala işləmək mümkündürmü?

Bəli, mümkündür. Hər bir xarici tələbənin həftədə 20 saat işləmək hüququ var. Amma hal-hazırda burada iş tapmaq demək olar ki, qeyri-mümkündür. İlk  olaraq ölkədə iqtisadi böhranın təsiri hələ də qalıb və digər tərəfdən biz latış dilini bilmədiyimizə görə bizə üstünlük vermirlər.

Sirr deyilsə, bir günə nə qədər xərcin çıxır (yemək, kitab və s)?

))) sir deyil, sir deyil))) Baxır sənin xərcələrinə, əgər yeməyini gündə iki dəfə çıxıb çöldə yesən nəqliyyat 10 euro çıxar. Mən həftəlik bazarlıq edirəm və özüm hazırlayıram, aylıq nəqliyyat bileti alıram, bu biraz az çıxır. Qalmaq və digər xərclər isə ayrı, ev tutub kirayə qalmaq daha sərfəlidir. Kitabların az hissəsini alıram, çünki çox vaxt kitabxanadan götürürəm və internetdən yükləyirəm.

Latviya bir ölkə kimi bəzi göstəricilərinə görə Azərbaycana bənzəyir. Bu ölkənin təhsil sistemi ilə bizim təhsil sistemi arasında hansı oxşar və fərqli cəhətlər var?

Mən heç  deməzdim Latviya ilə Azərbaycan arasında oxşarlıq var. Tam fərqli ölkələrdir. Yeganə oxşarlıq əhalinin çox hissəsinin rus dilində bilməsidir. Buranın təhsil sistemi ilə mən oxuduğum Qafqaz universitetinin təhsil sistemi demək olar ki, tamamilə eynidir. Lakin burada oxuyan digər azərbaycanlı tələbələr deyir ki, onların bitirdiyi dövlət universitetləri ilə buranın təhsil sistemi tam fərqlidir. Adi bir dərsin qimətlədirilməsini götürək. 2 bal prezentasiya, 2 bal report (research paper), 6 bal imtahan. Burada universitetə qəbul imtahanı verərkən yığdığın bala görə təhsil haqqı verirsən. Fərqli cəhətlərdən biri də odur ki, buradakı orta məktəblərdə 12-ci sinif də var.

Vətənə dönməmək barədə  düşünürsən?

Bu barədə düşünməyə  belə dəyməz. Nəinki mən, məncə hər bir azərbaycanlı  tələbə universitetini bitirdikdən sonra Vətənə dönməlidir. Çünki biz gələcəkdə bu vətənə xidmət etmək  üçün buradayıq. Hal-hazırda Avropada və dünyanın bir çox yerində minlərlə azərbaycanlı tələbə təhsil alır, bu sevindirici haldır ki, artıq bir neçə ildən sonra ölkəmizdə yüksək ixtisaslı gənclərin sayı minlərlə olacaq.

Telebe.az

Leave a Reply

Your email address will not be published.

İngilis dili 45 AZN!
Ünvan