Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Yeni Zellandiya və Azərbaycan arasındakı məsafə burdakı insanların ölkəmiz haqqında olan biliklərində də özünü əks etdirir…

Yeni Zellandiyanın Viktoriya Vellinqton Universitetində (Paytaxt Universiteti) Kommersiya və idarəetmə ixtisası üzrə bakalavr təhsili alan Bəhruz Qaraməmmədovla müsahibəYeni Zellandiyanın Viktoriya Vellinqton Universitetində (Paytaxt Universiteti) Kommersiya və idarəetmə ixtisası üzrə bakalavr təhsili alan Bəhruz Qaraməmmədovla müsahibəYeni Zellandiyanın Viktoriya Vellinqton Universitetində (Paytaxt Universiteti) Kommersiya və idarəetmə ixtisası üzrə bakalavr təhsili alan Bəhruz Qaraməmmədovla müsahibə

– Yeni Zellandiyada təhsil almazdan qabaq Azərbaycanda hansı ali məktəbdə oxumusan və nə işlə məşğul olmusan?

– 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olmuşam. Hazırda eyni zamanda həmin universitetin 3-cü kurs tələbəsiyəm.

– Hansı proqram əsasında orada təhsil alırsan?

– Universitetə özüm müraciət etmişdim, universitetdən müsbət cavab aldıqdan sonra, “2007-2015-ci illər Azərbaycan gənclərinin xaricdə təhsili” ilə əlaqədar cənab prezident İlham Əliyevin imzaladığı təqaüd proqramına müraciət etdim. Hazırda həmin proqram əsasında ayrılmış tam təqaüdlə təhsil alıram.

– Yeni Zellandiyada  hansı universitetlərdə və hansı ixtisaslar üzrə  təhsil almağı məsləhət görərdin?

– Bildiyiniz kimi Yeni Zellandiya Birləşmiş krallıq ölkələrindən biridir. Burada təhsil sistemi tam olaraq Böyük Britaniya modeli üzərində qurulub. Kanada, Avstraliya universitetləri haqqında olan müsbət fikirləri Yeni Zellandiya universitetləri haqda da tam əminliklə söyləmək olar. Yeni Zellandiyanın univeristetləri içərisində ən prestijli sayılan Auckland Universitetidir. Bu universitet dünya reytiqlərində ilk 50 yeri bölüşür. Amma müasir dövrdə tələbələr universitet seçərkən əsasən, ixtisaslarına uyğun qərar verirlər. Məsələn, hazırda təhsil aldığım univeristet hüquq və iqtisadiyyat ixtisasları üzrə burada və dünyada daha prestijli sayılır. Amma bu heç də o demək deyil ki, texniki ixtisaslar zəif tədris olunur. Məsələn, 2009-cu ildə “gənc alim” beynəlxalq müsabiqəsində birinci yeri Viktoriya Universitetinin kompüter mühəndisliyi üzrə doktorantı qazanmışdı. Eləcə də Christchurch, Massey və Otago universitetləri də reytinqli universitetlərdəndir. Ümumilikdə, Yeni Zellandiya univeristetlərinin hamisi dünya reytinqlərində ilk 200-də qərarlaşır. Tam əminliklə deyərdim ki, burdakı universitetlərin hamısı müasir prioritet ixtisaslar üzrə keyfiyyətli təhsil verir.

– Sirr deyilsə, gündəlik nə qədər xərcin  çıxır?

– Yeni Zellandiya ümumilikdə bahalı ölkələr sırasındadır. Hazırda yaşadığım Wellington şəhəri 2009-cu ildə yaşamalı ən yaxşı 15 şəhər işrisində idi, eyni zamanda 2009-cu ildə ən bahalı şəhərlər içərisində 13-cü yerdə gedirdi. Gündəlik qayğılar müxtəlif olduğu üçün gündəlik xərcimi dəqiq deməkdə çətinlik çəkirəm. Amma həftəlik ortalama xərclərim 300 Yeni Zellandiya dolları(220 ABŞ dolları) civarında olur. Bura ev,yemək və sair gündəlik xərclər daxildir. Əlavə olaraq paltar, kitablar və digər tədris ləvazimatlarına da yetərincə pul xərclənir. Amma xərclərin həcmi bir başa tələbənin həyat tərzi ilə əlaqədardır. Daha az və ya daha çox da xərcləmək olar.

– Orada yataqxanada yaşamaq imkanı  olurmu?

Burdakı universitetlərin hamısının kampusu var. Universitetlər çoxlu sayda yataqxanalar təklif edir. Xarici tələbələrin çoxluğu səbəbilə yataqxanada yer olmaya da bilər. Amma vaxtında müraciət edəndə heç bir problem olmur. Elecə də universitet sizə büdcənizə uyğun ev tapmaqda yaxından köməklik göstərir.
– Dərslər yerli müəllimlər tərəfindən keçirilir, yoxsa əcnəbilər də var?

Yeni Zellandiya əhalisinin demək olar ki, hamısı miqrantlardır. Ona görə buradakı müəllimlərə yerli deməkdə bir az çətinlik çəkirəm. Ümumilikdə professor və müəllim heyyətinin böyuk qismi Zelandiya vətəndaşlarıdır. Amma xarici professorların da universitetdə müəyyən seminar və mühazirələr verməsi də yetərincə tez-tez rast gəlinəndir.

– Oradakı müəllimlər və tələbələr Azərbaycan haqqında hansı biliklərə malikdir?

Yeni Zellandiya və Azərbaycan arasındakı məsafə burdakı insanların ölkəmiz haqqında olan biliklərində də özünü əks etdirir. Amma yuxarıda dediyim kimi, burda əksəriyyət miqrant olduğu üçün, demək olar hamının az da olsa Azərbaycan haqda məlumatı var. Mən yaşadığım şəhərdə demək olar azərbaycanlı yoxdur, ona gorə insanlar daha az məlumatlıdır. Amma Auckland-da Azərbaycan-Yeni Zellandiya dostluq cəmiyyəti də fəaliyyət göstərir. İmkan düşdükcə, insanlar maraqlandıqca ölkəmiz haqqında maraqlı məlumatları onlarla bölüşürəm. Məsələn, buradakı rumın dostlarım hətta Azərbaycanın toy adətlərini də bilirlər.

Rəşad Mehbalıyev

/Telebe.Az/

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button