Yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün elektron ərizə qəbulu davam edir

Elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da  iştirak etmək istədikləri halda mayın 22-dək DİM-in saytının “Abituriyentin elektron ərizəsi” səhifəsində qeydiyyatdan keçməlidirlər.

Bundan əlavə, təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.

16 mart – 11 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər də (həm cari, həm də əvvəlki illərin məzunları) qeyd olunan tarixədək ərizələrini doldurub təsdiq etməklə (və ya DİM və onun Regional Bölmələrində yaradılmış SQK-da təsdiq etdirməklə) ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər.

İkinci qəbul imtahanında iştirak etmək, eləcə də təsdiq olunmuş elektron ərizələrində əlavələr etmək üçün abituriyentlər əvvəlki elektron ərizələrinə daxil olmalıdırlar.

Ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə DİM-in saytında şəxsi kabinet yaratdıqdan sonra “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiq etməlidirlər. Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituryentlər isə tələb olunan sənədlərlə birlikdə DİM və ya onun Regional Bölmələrinə müraciət etməlidirlər./tqdk.gov.az

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group