Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Yaponiyanın ali məktəblərində tədqiqat, magistratura və doktorantura dərəcələri üzrə təqaüd proqramları

Yaponiya Hökuməti 2013-cü il üçün tibb, stomotologiya, baytarlıq və əczaçılıq sahələrində bakalavr dərəcəli universitet və ya kollec məzunları üçün Yaponiyanın ali məktəblərində tədqiqat, magistratura və doktorantura dərəcələri üzrə təqaüd proqramlarını təklif edir.
Təqaüd Proqramına aşağıdakı şəxslər müraciət edə bilər:
• Tibb, stomotologiya, baytarlıq və əczaçılıq sahələrində 6 illik ali təhsilə malik olmalı;
• 2 aprel 1978-ci il tarixindən sonra anadan olmuş və yaşı 22-dən çox olan şəxslər;
• Yapon dilini öyrənmək arzusunda olanlar.

Aşağıdakı şəxslər Təqaüd Proqramına müraciət edə bilməzlər:
• Hərbi xidmətdə olanlar;
• Yaponiyanın vətəndaşı olanlar;
• Daha əvvəl Yaponiya Hökumətinin təqaüdündən istifadə edənlər.

Təqaüd Proqramının müddəti:

• Aprel, 2013 – mart 2015 (24 ay)
• Oktyabr 2013 – mart 2015 (18 ay)
Təhsil müddətinə 6 aylıq yapon dili kursu da daxildir.

Daha ətraflı məlumatları və ərizə formalarını http://www.az.emb-japan.go.jp internet səhifəsindən əldə etmək olar.
Sənədləri 31 may 2012-ci il tarixindən gec olmayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etmək olar.

Telebe.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button