Yaponiyada təqaüd proqramı

Asia İnkişaf Bankı Yaponiya təqaüd proqramını elan edir. Namizədlər iqtisadiyyat, menecment, səhiyyə, təhsil, kənd təsərrüfatı, ekologiya, elm və texnologiya, təbii ehtiyatların idarə olunması və digər müvafiq sahələrdə təlim alacaqlar. Təqaüd proqramı Əfqanıstan, Ermənistan, Azərbaycan, Gürcüstan Hindistan, İndoneziya, Qazaxıstan və digərləri ölkələrə verilir. Təqaüd Proqramı Yaponiya Hökuməti tərəfindən maliyyələşdirilir. Bu program magistratura və aspirantura səviyyəsi olan şəxslərə veriləcək. Təqaüd yaxşı nəticələrlə magistr dərəcəsinə malik olan və 35 yaşa qədər şəxslər üçün nəzərdə tutulub. Təqaüdə iddialı şəxslərin İngilis dili səviyyəsi yüksək olmalıdır.

 

Ətraflı məlumat üçün bu linkə daxil olun

 

Telebe.az


Daha çox göstər

Oxşar xəbərlər

Back to top button