Yaponiyada təhsil

Yaponiya Hökuməti 2012-ci il üçün texnologiya kollecində təhsil alan tələbələr üçün mexaniki mühəndislik, elektronika üzrə mühəndislik, İKT üzrə mühəndislik, memarlıq üzrə mühəndislik və s. sahələrdə təqaüd proqramlarını təklif edir.

Təqaüd Proqramına aşağıdakı şəxslər müraciət edə bilər:
• Azərbaycan Respublikasının vətəndaşı olmalı;
• 2 aprel 1990-cı il və 1 aprel 1995-ci il tarixləri arasındakı müddətdə anadan olmuş şəxslər;
• Orta təhsili bitirmiş şəxslər;
• Yapon dilini öyrənmək arzusunda olanlar;
• Təqaüd müddətində həqiqi hərbi xidmət möhləti olanlar.

Aşağıdakı şəxslər Təqaüd Proqramına müraciət edə bilməzlər:
• Yaponiyanın vətəndaşı olan şəxslər;
• Daha əvvəl Yaponiya Hökumətinin təqaüdündən istifadə etmiş şəxslər.

Təqaüd Proqramı 2012-ci ilin aprel ayından 2016-ci ilin mart ayınadək 4 illik müddəti əhatə edir.
Təqaüd proqramına 1 illik yapon dili kursu da daxildir.
Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html internet səhifəsindən əldə etmək olar.
Sənədləri 10 iyun 2011-ci il tarixindən gec olmayaraq Yaponiyanın Bakıdakı Səfirliyinə təqdim etmək olar.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button