Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Yaponiyada təhsil

Yaponiyanın Matsumae Beynəlxalq Fondu (MBF) tərəfindən tədqiqatçılar üçün Elmi Cəmiyyət Proqramı çərçivəsində 2012-ci ildə Yaponiyada 3-6 ay müddətində tədqiqat işi aparmaq məqsədi ilə müsabiqə elan edilmişdir. Seçim prosesi zamanı təbiət fənləri, enerji və tibb sahəsində tədqiqat işi ilə məşğul olan şəxslərə üstünlük veriləcəkdir. Namizədlər öncədən Yaponiyanın müvafiq qurumundan (universitet nəzdində olan tədqiqat institutu, özəl və ya dövlət elmi tədqiqat laboratoriyaları və s.) qəbul haqqında sənəd almalı, daha sonra proqram üçün müraciət etməlidir. Proqramda iştirakla bağlı bütün xərclər MBF tərəfindən ödəniləcəkdir.
Proqram üçün müraciət etmək arzusunda olan namizəd:
1. PhD (doktorluq) dərəcəsinə malik olmalı;
2. yaşı maksimum 49 olmalı;
3. ingilis və ya yapon dilini yüksək səviyyədə bilməli;
4. Yaponiyaya səfər etmiş olmamalı;
5. yaşadığı ölkədə müəyyən sahədə çalışmalı və Yaponiyada tədqiqat işini başa çatdırdıqdan sonra ölkəsinə qayıtmalı;
6. fiziki və əqli cəhətdən sağlam olmalıdır.
Proqram haqqında ətraflı məlumatı və ərizə formasını http://www.mars.dti.ne.jp/~mif/ linkindən yükləyə bilərsiniz.
Proqramda iştirak etmək arzusunda olan namizədlər sənədlərini (əlavə olaraq iş yerindən verilmiş müvafiq tövsiyə məktubu ilə birlikdə) 25 iyun 2011-ci il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova, tel: 496 33 11 – 248) təqdim etməlidirlər.
Telebe.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button