Yaponiyada müəllimlər üçün təhsil imkanı

Yaponiya Hökuməti 2012-ci il üçün orta təhsil müəssisələrində çalışan müəllimlər üçün 1 il 6 ay müddətinə məktəb təhsili üzrə tədqiqat aparılması sahəsində təqaüd proqramını təklif edir. Səfirlikdən Telebe.az a verilən məlumata görə, təqaüd proqramına aşağıdakı şəxslər müraciət edə bilər:

• Azərbaycan Respublikasının vətəndaşı olmalı;
• Yaşı 35-dən aşağı olan şəxslər;
• Ibtidai və ya orta təhsil müəssisələrində 5 il təcrübəsi olmalı;
• Yapon dilini öyrənmək arzusunda olanlar;

Aşağıdakı şəxslər Təqaüd Proqramına müraciət edə bilməzlər:
• Daha əvvəl Yaponiya Hökumətinin təqaüdündən istifadə etmiş şəxslər;
• Təqaüd müddətində həqiqi hərbi xidmətdə olanlar.

Təqaüd Proqramı 2012-ci ilin oktyabr ayından 2013-cü ilin mart ayınadək 1 il 6 ay müddəti əhatə edir.
Daha ətraflı məlumatları və ərizə formalarını http://www.az.emb-japan.go.jp internet səhifəsindən əldə etmək olar.
Sənədləri 27 fevral 2012-ci il tarixindən gec olmayaraq Təhsil Nazirliyinə təqdim etməyinizi xahiş edirik.

Daha çox göstər

Oxşar xəbərlər