Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Yapon dilini və mədəniyyəti üzrə təqaüdlü təhsil

Yaponiya Hökuməti 2012-ci il üçün Yapon dilini və mədəniyyətini tədqiq edən tələbələr üçün 1 illik təqaüd proqramını təklif edir. Səfirlikdən Telebe.az a verilən məlumata görə, təqaüd Proqramına aşağıdakı şəxslər müraciət edə bilər:

• Azərbaycan Respublikasının vətəndaşı olmalı;
• 2 aprel 1982-cı il və 1 aprel 1994-cü il tarixləri arasındakı müddətdə anadan olmuş şəxslər;
• Yapon dilini öyrənmək arzusunda olanlar;

Aşağıdakı şəxslər Təqaüd Proqramına müraciət edə bilməzlər:
• Yaponiyanın vətəndaşı olan şəxslər;
• Daha əvvəl Yaponiya Hökumətinin təqaüdündən istifadə etmiş şəxslər;
• Təqaüd müddətində həqiqi hərbi xidmətdə olanlar.

Təqaüd Proqramı 2012-ci ilin oktyabr ayından başlamaqla 1 illik müddəti əhatə edir.
Daha ətraflı məlumatları və ərizə formalarını http://www.az.emb-japan.go.jp internet səhifəsindən əldə etmək olar.
Sənədləri 27 fevral 2012-ci il tarixindən gec olmayaraq Təhsil Nazirliyinə təqdim etməyinizi xahiş edirik.

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button