Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Xeberler.az yeni dizayn və yeni baş redaktorla fəaliyyətə başlayıb

Osman-GündüzXeberler.az İnformasiya və Kommunikasiya Texnologiyaları saytı yeni dizaynda fəaliyyət göstərəcək.Xeberler.az-ın təsisçisi Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz saytın İKT media bazarında daha operativ fəaliyyət göstərəcəyini bildirib: “Saytın dizaynında xeyli dəyişiklik edilib, operativ xəbər paylaşmasına uyğunlaşdırıb. Video, Foto bölmələri gücləndirilib. Saytın komandası da yenilənib. Baş redaktor həm media və eləcədə İKT sahəsində kifayət qədər təcrübəli olan  İsmayıl Rafiqoğludur”.

Osman Gündüz gələcək planlarla da bölüşüb: “İnformasiya Texnologiyaları  yönümlü media sahəsində xeyli boşluq var: jurnalist araşdırmaları, maarifləndirmə yazıları, maraqlı xəbərlər azdır. Uzaqbaşı hansısa sosial şəbəkədən, məşhur şirkətin yeni avadanlığından xəbər verilir. İKT üzrə ciddi layihələr, internet biznes – startuplar, internetin inkişaf istiqamətləri, elektron hökumət quruculuğu, İT qanunvericilik, mobil sahənin problemləri Xeberler.az-da prioritet olacaq”.

Xeberler.az internet istifadəçilərinə Azərbaycan və dünyada İKT sahəsində baş verən yeniliklərlə tanış etmək məqsədilə yaradılıb. Sayt 2006-cı ildə çap  formada fəaliyyətə başlayan “Online” Jurnalının elektron versiyası kimi 2008-ci ildən fəaliyyətdədir.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button