Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Xaricdə, yoxsa, Azərbaycanda dincələk?

istirahetGənclərin səyahət etmələri, onların özlərini təkmilləşdirməsində, yeni məkanlar görməkdə və həyatı dərk edib qavramalarında, sosial münasibətlərini dərinləşdirməkdə ən təsirli yollardan biridir. Turizm isə səyahət etməyə, gəzməklə bərabər həm də öyrənməyə şərait yaradan bir anlamdır.

Aparılan araşdırmalar gənclərin turistik fəaliyyətlərə qatılma səviyyəsinin digər yaşlara nisbətən daha yüksək olduğunu göstərməkdədir. Bunun səbəbləri çoxdur; gənclərin psixoloji olaraq, hərəkətə, macəraya və dəyişikliyə daha meylli olmaları, onların ailə bağları və məsuliyyətlərinin az olması, qalmaq üçün yer seçməkdə çox “vasvasılıq” etməmələri və çox da rahatlıq axtarışında olmamaları və s.

Dünya Gənc və Tələbə Səyahətləri Konfransının (WYSTC) hesablamalarına görə, “Gənclik Turizmi” yaşları 16–29 yaş arasında dəyişən, macəra və həyəcanı sevən, əsasən qarşımıza çiynində çanta olaraq çıxan bir seqmentdən ibarətdir.

Gənc səyyahlar günümüzdə ən gəlirli müştərilər hesab olunur. Belə olduqda, gənclərin istirahət etmələrindən əlavə, həmin turistik guşələrin iqtisadiyyatına verdikləri gəliri də xatırlatmaqda fayda var. Gənclər eyni zamanda şəxsi bacarıqları inkişaf etdirmə, sosiallaşma və bir–biriləri ilə təcrübələrini paylaşmaqla da inkişafı  təmin edir.

Turizmdə gənclərin üstünlüklərini qısaca xülasə etsək; digər turistlərdən daha uzun qalıb, 4 qat daha çox pul xərcləyirlər. Gələcəkdə bal ayı, iş səyahəti və ailəsiylə də tətil edəcəyindən, turizm sektorunun uzunömürlü müştərisidir. Əslində gənclər elastikliyə sahib, dolayısı ilə iqtisadi durğunluqlarda turizmçilərin risk sığortasıdır. Yeni bazar, məhsul və gediləcək yerlərin kəşf edilməsində daim öncüllük edib, trendləri təyin edirlər. Gənclər xüsusən, sosial mediadan davamlı olaraq istifadə etdiklərindən dünyada olan geniş təcrübədən yararlanırlar. Ətraf mühitin qorunmasında davamlı liderlik edirlər. Büdcə, otellər, məlumat xidmətləri, paket turlar, veb portallar və endirim proqramları ən çox onların marağını çəkir. Ancaq, sadəcə ucuz hostellərdə deyil, bəzən orta ölçülü, hətta lüks oteldə belə qala bilirlər. Lokal yerləşmə vahidlərini istifadə etdiklərindən yerli iqtisadiyyata daha çox fayda verirlər.

Ölkəmiz də gənclik turizmi üçün olduqca əlverişlidir. Çünki Azərbaycanın geoloji quruluşu, təbii turistik resursları tələbə və gənclik turizmi üçün son dərəcə əlverişlidir. Təhsil ocaqlarının və iş yerlərinin tətilə çıxmaları, turistik səyahətlər üçün yetərlidir. Gənclik Turizmi sahəsində beynəlxalq və yerli kamplar var ki, gənclərin qrup halında, bütün dünyadan olan gənclərlə birlikdə istirahət etməklərinə şərait yaradır.

Müxtəlif Gənclər Təşkilatları var ki, kamplar təşkil edirlər və bütün dünyadan olan gəncləri bir araya gətirirlər. Gənclər həm istirahət edir, həm öyrənirlər, həm də yeni dostlarla tanış olurlar.

Ümumiyyətlə, son dövrlərdə Azərbaycanda, xarici ölkələrdə istirahət etmək istəyən gənclərin sayında artım müşahidə olunur. Gənclər adətən, qonşu Türkiyəyə, Gürcüstana, Ukraynaya daha çox üstünlük verirlər. Bu da qiymətlərin nisbətən ucuz olması və marşrutun yaxın olması ilə əlaqələndirilir. Məsələn, 500–1000 AZN-ə Türkiyədə, 300–500 AZN-ə Gürcüstanda 1 həftəlik istirahət etmək olar. Yay aylarında Türkiyədə istirahət etmək daha sərfəlidir. Çünki sərfəli 1 həftəlik tur paketləri var (450-500  AZN) və bu gənclər üçün daha diqqətçəkəndir.

Ölkədaxili istirahət üçün də münbit şərait və uyğun istirahət guşələri var. Son dövrlərdə rayonlarda istirahət guşələri və otellər inşa edilir. Lakin Azərbaycanda qiymətlərin bir qədər baha olması, gənclərin büdcəsi üçün uyğun deyil. Çünki eyni qiymətə xaricdə istirahət etmək gənclər üçün daha sərfəli və maraqlıdır. Nəzərə alsaq ki, gənclər hər zaman yeniliyə meylli olur, bu təbiidir..

Beləliklə, ölkə xaricində dincəlmək gənclər üçün daha münasibdir. İstər qiymətlər baxımından, istərsə də yenilik və macəra baxımından.

Ülviyyə Babasoy

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button