Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Xaricdə təhsil üzrə yeni qəbul qaydaları hazırlanır

tel_ebelerAzərbaycanlı gənclərin təhsil almaq üçün daha çox hansı xarici ölkələri seçdikləri açıqlanıb.

APA-nın xəbərinə görə, xaricdə təhsil və əcnəbi tələblərlə iş sektorunun müdiri Həsən Həsənli bildirib ki, xaricdə oxumağa gedən azərbaycanlı tələbələr əsasən Böyük Britaniya və ingilis dilli ölkələrə üz tuturlar.

Burada Kanada, Avstraliya kimi ölkələrin də olduğunu deyən H.Həsənlinin sözlərinə görə, xeyli sayda tələbələr ingilis dilində təhsil və tədris üçün Türkiyəyə də gedirlər: “Burada xüsusilə tibb təhsili üzrə təhsil alan rezidentləri qeyd etmək olar. Onların sayı 65 nəfərdir və həmin gənclər rezidentura üzrə təhsil almaq üçün Türkiyəni seçiblər. Eyni zamanda gənclər Rusiyanın aparıcı ali məktəbləri və Almaniyanın universitetlərində oxumağa da üstünlük veririlər”.

H.Həsənli xarici tələbələrin Azərbaycanın ali məktəblərindəki hansı ixtisasları seçdiyini də qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda hər zaman texniki sahə üzrə kadrların hazırlığı yüksək səviyyədə təmin olunub: “Neft-qaz sektoru üzrə Azərbaycan Dövlət Neft Akademiyasına kifayət qədər tələbələr üz tutur. Pedaqoji sahəyə də əcnəbi tələbələr maraq göstərir. Təhsil Nazirliyinin ali məktəblərdə apardığı siyasətin məqsədi odur ki, xarici tələbələrin sayının artırılması istiqamətində işlər görülsün. Artıq yeni qəbul qaydaları üzərində iş aparılır. Müxtəlif ölkələrdə Azərbaycanın ayrı-ayrı təhsil müəssisələrinin təmsil olunması istiqamətində işlər görülür”.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button