Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Xaricdə təhsil üzrə “2007-2015-ci illər üzrə Dövlət Proqramı”na qəbul üzrə sənəd qəbulu başlayıb.

tehsil_nazirliyi_111Bu gündən 2015-2016-cı tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na qəbul üzrə sənəd qəbulu başlayıb.

 Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, sənədlərin qəbulu 15 aprel – 15 iyul tarixləri ərzində elektron ərizə (http://xaricdetehsil.edu.gov.az/uploads/elan2015.pdf) vasitəsilə həyata keçiriləcək. Elektron ərizələrin doldurulması üçün son tarix iyulun iyulun 15-i saat 23:59-dur. Müsabiqədə iştirak üçün müraciətlər şəxsən Təhsil Nazirliyinə gəlməklə və ya sənədləri poçt vasitəsilə nazirliyə göndərməklə deyil, məhz elanın tələblərinə uyğun olaraq elektron qaydada qəbul ediləcək. Dövlət Proqramı təqaüdçüləri bakalavr pilləsi üzrə 29, magistratura, doktorantura və rezidentura pillələri üzrə 35 yaşınadək olan Azərbaycan vətəndaşları sırasından seçilir.

Müsabiqədə əsas üstünlük bakalavrdan sonrakı təhsil səviyyələri üçün I dərəcəli prioritet ixtisas istiqamətləri üzrə müraciət edən iddiaçılara veriləcək. Bakalavr səviyyəsi üzrə müraciət edənlər iddiaçıların müraciətlərinin qəbulu və seçimi müvafiq qaydalarda nəzərdə tutulmuş tələb əsasında həyata keçiriləcək. Təhsil Nazirliyinə təqdim olunacaq sənədlər geri qaytarılmır. Müsahibənin nəticəsində namizədlikləri müsbət qiymətləndirilən iddiaçıların siyahısı təsdiqlənmək məqsədilə Təhsil üzrə Komissiyaya göndəriləcək, nəticələr Təhsil Nazirliyinə daxil olduqdan sonra “Dövlət Proqramı təqaüdçüsü” adına layiq görülmüş şəxslər dərhal əlaqə vasitələri və eyni zamanda elektron ərizə vasitəsilə məlumatlandırılacaqlar.

Türkiyə Respublikasında təhsil üçün müraciət edən hər bir ərizəçinin nəzərinə çatdırılır ki, onlar digər iddiaçılar kimi mütləq qaydada elektron ərizələrini iyulun 15-nə qədər tamamlayaraq təsdiq etməlidirlər.

 Sənəd qəbulunun iyulun 15-də başa çatacağını nəzərə alaraq, TQDK-nın bakalavr səviyyəsi üzrə qəbul imtahanlarında (14-25 iyul 2015) iştirak edəcək namizədlər yalnız elektron ərizələrini son sənəd qəbulu tarixinə qədər təsdiqlətdikləri və sözügedən imtahanlarda tələb olunan balı (texniki sahələr üzrə 550-dən, digər sahələr üzrə 600-dən yuxarı) topladıqları təqdirdə, müvafiq bala dair arayışı avqustun 1-dək elektron ərizələrinə əlavə etdikləri halda, qısa zamanda müsahibəyə dəvət ediləcəklər.

Qeyd edilib ki, Almaniyanın səhiyyə qanunvericiliyindəki aprelin 1-i tarixli dəyişikliklərlə əlaqədar həmin ölkədə Dövlət Proqramı çərçivəsində rezidentura səviyyəsində təhsil almaq üçün yalnız Almaniyada aprobasiya imtahanını müvəffəqiyyətlə vermiş və universitet klinikaları ilə işçi müqaviləsi imzalamış (arbeitsvertrag) tələbələrin sənədləri qəbul olunacaq.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button