Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Vakansiya: İnşaat mühəndisi

Şirkət adı: Nurgün Holdinq
Vakansiya: İnşaat mühəndisi
İş qrafiki: 09:00-18:00 (altıncı gün)
)Əmək haqqı: 600-800AZN
Əlaqə: [email protected]

CV göndərərkən mövzu qismində “İnshaat muhendisi” sozləri yazılmalı, əks təqdirdə CV-nizə baxılmayacaq!!!

Əsas vəzifə öhdəlikləri:
– Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edir;
– Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
– Materialların, konstruksiyaların və məmulatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir;
– Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin edir, onların istehsalat tapşırıqlarını müəyyənləşdirir və tapşırır, onlara iş təlimatı keçir;
– Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
– Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirir.

Tələb olunan səviyyə:
– Müvafiq sahədə ali təhsil (İnşaat Mühəndisi diplomu);
– Azərbaycan və rus dillərini yazılı və şifahi surətdə əla bilmək;
– Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə;
– Tikinti sahəsində qabaqçıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
– İş üçün müvafiq kompüter proqramlarını bilmək (Word, Excel, AutoCAD,) arzu ediləndir;
– Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək;
– Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button