Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Ümumdünya Ticarət İnstitutunun Yay Akademiyası

Yay məktəbi

Ümumdünya Ticarət İnstitutu tərəfindən IX Yay Akademiyası elan edilmişdir.

Yay Akademiyası İsveçrənin Bern şəhərində təşkil olunacaqdır və müddəti 5 həftədir ( 4 iyul – 5 avqust 2011).

Qeyd olunan yay kursları ödənişlidir və müddətdən asılı olaraq aşağıdakı kimi dəyişir:
• 1 həftəlik – 1300 İsveçrə frankı
• 2 həftəlik – 2500 İsveçrə frankı
• 3 həftəlik – 3600 İsveçrə frankı
• 4 həftəlik – 4500 İsveçrə frankı
• 5 həftəlik – 5250 İsveçrə frankı

Yay Akademiyası ingilis dilində təşkil ediləcəkdir və aşağıdakı mövzular üzrə kurslar təşkil olunacaqdır:

1. Beynəlxalq investisiya hüququnun mahiyyəti (4-8 iyul)
2. İnvestisiya mübahisələrinin həll edilməsi: son meyllər və irəliyə doğru yol (11-15 iyul)
3. Ümumdünya ticarət sisteminə giriş (18-22 iyul)
4. Ticarət və iqlim dəyişiklikləri (25-29 iyul)
5. Ticarətin siyasi iqtisadı (1-5 avqust)

Yuxarıda adı çəkilən kurslarda iştirak etmək niyyətində olan namizədlər lazımi sənədləri Ümumdünya Ticarət İnstitutuna ([email protected]) təqdim etməlidirlər.

Ətraflı məlumatları aşağıdakı saytdan əldə edə bilərsiniz:
http://www.wti.org

Telebe.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button