Türkiyənin Qafqaz Universiteti

Qafqaz Universiteti 11 iyul 1992-ci il tarixində qurulub. Universitet 1 fakultə və təkproqramlı peşə məktəbi ilə fəaliyyətə başlamışdır. İlk illər universitetin 245 tələbəsi və 40 nəfərlik müəllim heyəti vardı. Bu gün isə Qafqaz Universiteti bir region universiteti olmaq istiqamətində sürətli və əmin addımlar atır.
Universitetin mərkəzi Qars şəhərindədir. Universitetin 7 fakultəsi, 7 peşə məktəbi, 1 dövlət konservatoriyası, 6 araşdırma mərkəzi olmaqla toplam 26 akademik müəssisə, 468 nəfərlik müəllim heyəti və 14 min tələbəsi var. Bütün şöbələrində tələbə yeməkxanaları və kafeləri davamlı olaraq fəaliyyət göstərir. Tələbələr kirayə verilən evlər və yataqxanalarda qalırlar. Universitetin ərazi içərisində həmçinin, 200 nəfərlik qız tələbələr şəhərciyi var.
Universitet maddi imkanı yetərli olmayan tələbələrə akademik və idarə əməkdaşlarının  köməyi ilə Qars və Qafqaz Universiteti inkişaf fondu tərəfindən ödənişsiz olaraq hazırlıq kursları keçir.
Qafqaz Universitetinin bütün qurumlarında tələbə və tədqiqatçıların iş fəaliyyətini genişləndimək üçün laborotoriyalar, kompüter və internet şəbəkəsi var.
Tələbələr sosial, mədəni və idman fəaliyyəti üçün gəzinti, məzuniyyət şənlikləri keçirir, qapalı idman zallarından, açıq idman sahələrindən istifadə edirlər. Bundan başqa, futbol, voleybol və digər idman növlərində beynəlxalq idman müsabiqələri, hər ilin may ayında isə xüsusi Bahar şənlikləri keçirilir. Universitetdə biologiya, təbiət və həyat, dağçılıq, kitab, musiqi, şeir, Atatürkçü Düşüncə, teatr, kino, atcılıq və bir çox adlarda klublar təşkil olunur və tələbələr bu klublarda aktiv iştirak edirlər
./Adilə Məmmədova. TELEBE.AZ/

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button