Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Türkiyədə yaşayan Azərbaycan türklərinin ikinci qurultayına həsr olunmuş mətbuat konferansı 06.02.2020

    Çağdaş Azərbaycan Kültür Dərnəyi (ÇAKD) tərəfindən Türkiyədə yaşayan Azərbaycan türklərinin ikinci qurultayina həsr olunmuş mətbuat konferansı keçirildi.

Tədbirdə ÇAKD Dərnəyinin sədri Camal Məhmətxanoğlu, sədr müavini Murtaza Karaçanta, Azərtürk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, tarixçi Qafar Çakmaklı, qeyri hökümət təşkilatları, ÇAKD-nin qadınlar qolunun sədri Nəsibə İsrafilqızı, sədr müavini Teyfə Zilfiqarova və Akademi Group Xaricdə Təhsil Mərkəzinin icraçı direktoru və türkiyədə təhsil üzrə mütəxəssis Müseyibova Gülmirə də iştirak etmişdir.

ÇAKD sədr müavini Cemal Məhmətxanoğlu isə Bakı-İzmir şəhərlərinin 1985-ci ildən qardaşlaşmış şəhər olduğunu söyləyib bu qardaşlığın 35 illiyinin tamam olması münasibəti ilə mayın 28-dən iyunun 5-nə dək izmirdə “ Azərbaycan mədəniyyət günləri” keçiriləcəkdir.  Yaxın bir zamanda Türkiyədə yaşayan Azərbaycan türklərinin 2-ci qurultayının keçirilməsi gözlənilir və bunun məqsədi Türkiyədə yaşayan iş, elm və mədəniyyət adamlarını birləşdirən təşkilatların yaradılmasıdır.

 

 

 

 

Tədbirin keçirilməsi məqsədi, türkiyədə yaşayan Azərbaycan türklərinin birliyini dahada möhkəmləndirmək və Azərbaycan Türkiyə qardaşlıq münasibətlərini daha da yüksək səviyyəyə çatdırmaqdır. Konfransda ÇAKD’ın sədr müavini Murtaza Karaçanta çıxış edərək, dərnəyin yaranması və məqsədləri haqqında məlumat vermişdir. O, bu çıxışında  bildirmişdir ki, yaradılmış bu dərnək  türkiyədə yaşayan Azərbaycan türklərinin mədəniyyətinin yaşadılması onların azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyır. Çağdaş Azərbaycan Kültür Dərnəyi 2019-cu ildə Türkiyənin İzmir şəhərində yaradırmışdır. Baxmayaraq ki qısa bir zaman ərzində yaradılmışdır, lakin qurum bu qısa müddət ərzində bir sıra tədbirlər həyata keçirmişdir bunlardan xüsusi ilə “20 Yanvar faciəsi” ilə bağlı tədbirlər və “Dünya azərbaycanlılarının həmrəyliyi gününü” qeyd etmək olar.

 

Bu mətbuat konfransında iştirak edən Akademi Group Xaricdə  Təhsil Mərkəzinin icraçı direktoru Gülmirə Müseyibova dərnəyin sədr və sədr müavini ilə görüşmüş, yeni əməkdaşlıqlar və gələcəkdə həyata keçiriləcək bərabər layihələr üçün danışıqlar aparılmışdır. Xatirə olaraq Cemal Məhmətxan oğluna Nevşehrində, Nevşehir Hacı Bektaş Veli universiteti, Azərbaycan Respublikası Təhsil Cəmiyyəti və Azərbaycan üniversiteti ilə birlikdə Nəsimi ili münasibəti ilə 1-ci uluslar arası araşdırmalar sempoziumuna həsr olunmuş kitabı təqdim edilmişdir.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button