Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Türkiyədə təhsil almaq üçün yaradılan maraqlı imkanlar

TurkeyHazırkı məqalə telebe.az və Rexona-nın birgə layihəsi çərçivəsində dərc olunmuşdur. Bu məqalədə əks olunan məlumatlardan yararlanın və hər gün DAHA ÇOX EDİN, daha yaxşısına layiq olun!

Hər birimizin arzularımız, məqsədlərimiz var. İstədiyimiz arzu və məqsədə çatmaq üçün, əzmlə və yorulmadan çalışmalıyıq. Çoxumuzun arzusu universitetə qəbul olub, müəyyən bir peşəyə yiyələnmək olur. Amma bununla kifayətlənmirik, çünki arzudan arzu doğur. Hal–hazırda qloballaşan dünyada prestijli iş tapmaq üçün əksəriyyətimiz xaricdə təhsil almaq istəyirik. Xaricdə təhsil almaq üçün müxtəlif proqramlar və üsullar var: Türkiyə təqaüdləri, UGRAD, FLEX və s.

Nəyə görə Türkiyə?

Türkiyə həm Asiya, həm də Avropada yerləşən, dünyadakı 2 ölkədən biridir. Bu xüsusiyyəti onun fərqli mədəniyyət və dünya görüşlərini eyni anda daşımasını təmin edir. Memarlığından musiqisinə, yeməklərindən ədəbiyyatına qədər bütün mədəniyyət sahələrində, Türkiyənin özünəməxsusluğu gözə çarpır. Türkiyə bir yandan Avropa Birliyinə üzv yolunda irəliləyərkən, bir tərəfdən də qlobal və regional yeniləmələrdə fəal olaraq yer alan bir ölkədir. Tarixin axınını dəyişdirən hadisələrin mərkəzində yer almış, insanların hafizəsində dərin iz buraxan mədəni hadisələrə ev sahibliyi etmişdir. Tayı bərabəri olmayan gözəlliklərə sahib Türkiyə il içində 4 fəsli bir arada yaşayır. Bütün bunlardan əlavə, Türkiyə iqtisadi və sosial uğurları ilə də son illərdə bütün dünyada tanınır və dünyanın ən surətlə böyüyən ölkələrindən birinə çevrilib.

Türkiyə öz təcrübəsini digər ölkələrlə də paylaşmaq niyyətindədir. 150–dən çox ölkədən tələbə qəbul edən Türkiyə beynəlxalq standartlara uyğun təhsil verən universitetlərin qapısını Türkiyə bursları (təqaüd) ilə bütün dünya tələbələrinə açmaqdadır.

Türkiyə universitetlərində istənilən fakültələrdə geniş miqyaslı təqaüd imkanı ilə alınacaq təhsil dünya tələbələrinə yeni baxış qazandırmaqda və karyeralarında onları üstünlüyə çatdırmağı təmin edir.

Türkiyə təqaüdləri (turkiyeburslari.gov.tr) Türkiyədə magistr və bakavr səviyyəsində təhsil alacaq tələbələrə verilən qarşılıqsız təqaüd proqramlarından ibarətdir.

Türkiyə təqaüdlərinin məqsədi Türkiyə ilə digər ölkələr arasındakı münasibətləri inkişaf etdirmək və qloballaşmaya öz töhfəsini verməkdir.

Türkiyə təqaüdü qazanan tələbələr Türkiyə universitetlərində akademik keçmişlərinə uyğun bir fakültədə təhsil aldıqları müddətdə təqaüddən yararlanırlar.

 

Türkiyə təqaüdlərinə müraciətlərin qiymətləndirilməsi 2 hissədən ibarətdir;

  1. Akademik müvəfəqiyyət
  2. Müsahibə

Türkiyə təqaüdlərində akademik pillə əsas hissə hesab olunur və müvəffəqiyyət kir aşağıdakı kimi olmalıdır.

  • Diplom
  • Alınan qiymətlərin orta qiyməti (Kümülatif GPA)
  • Universitetə giriş balı (varsa)
  • Bitirmə qiyməti (varsa)
  • Beynəlxalq sınaq balı (varsa)
  • Digər

Müraciət edəcək namizədlərdə yuxarıdakı sənədlərdə axtarılacaq müvəfəqiyyət kriteriyaları belədir:

  • Kolleclər üçün 60%
  • Bakalavr üçün  70%
  • Magistr və ya doktorantura üçün 75%
  • Tibb Təhsili üçün 90%

Heç bir əskiksiz müraciət edən namizədlərdən akademik olaraq, lazım görünülənlər müsahibəyə dəvət olunurlar. Namizədlərə müsahibə məlumatları, e–mail ünvanları və online müraciət sistemi ilə çatdırılır. Müsahibələr namizədlərin olduqları ölkələrdə üz–üzə, Türkiyə Cümhuriyyəti xarici səfirliyin olmadığı ölkələrdə isə alternativ üsullardan istifadə edilməklə gerçəkləşdirilir.

 

Türkiyə Təqaüdlərinin tələbələrə verdiyi imkanlar bunlardır:

Aylıq təqaüd ödəməsi

Səviyyələrə görə təqaüdlər aşağıdakı kimi olur:

  • kolleclər; 500 TL (təxminən 300 USD)
  • bakalavr; 500 TL (təxminən 300 USD)
  • magistr; 750 TL (təxminən 450 USD)
  • Doktorantura; 1.000 TL (təxminən 575 USD)
  • Araşdırma; 1.000 TL  (təxminən 575 USD)

 

Türkiyə Təqaüdü alan tələbələr, dövlət yataqxanalarında ödənişsiz olaraq qalırlar. Bu imkandan faydalanmaq istəməyən tələbələr isə ödənişi özləri qarşılamaqla fərqli yerlərdə qalmaq şansları əldə edirlər. Bundan əlavə oxuduqları universitetlərdə təhsil haqqı ödəmirlər və sağlıq sığortası ilə təmin olunurlar.

Türk dili təhsili (1 il)

Türkcə bilməyən təqaüdü alan namizədlərə, 1 il boyunca türk dili təhsili verilir. Tələbələr Türk dilini öyrəndikləri müddətdə də təqaüddən faydalanırlar.

Gediş – gəliş haqqı

Türkiyəyə ilk getdiklərində və təhsili başa vurduqdan sonra öz ölkələrinə qayıtmaq xərcləri ödənilir.

REXONA-nın təqdim etdiyi faydalı məlumatlarla DAHA ÇOX EDİN, daha yaxşısına nail olun! Layihəmiz çərçivəsində təqdim olunacaq sonrakı materiallarla tanış olmağı unutmayın. 

Ülviyyə Babasoy 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button