Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Cümhuriyyətinin müvafiq qurumları arasında təhsil sahəsində əməkdaşlıq çərçivəsində Türkiyədə doktorantura (Azərbaycanın ali məktəblərinin məzunları üçün) və magistratura/doktorantura (Türkiyənin ali məktəblərinin məzunları üçün) pillələrində dövlət xətti ilə təhsil almaq arzusunda olan namizədlər üçün təqaüd elan edilmişdir.

Namizədlər məzun olduqları ölkədən asılı olaraq aşağıdakı qurumlara müraciət etməlidirlər:

Türkiyədə məzun olub magistratura və doktorantura proqramları üzrə təhsil almaq istəyən şəxslər: http://www.ytb.gov.tr/ ünvanında yerləşdirilmiş müraciət forması doldurulmalı və müvafiq sənədlərlə birgə Türkiyə Respublikası Hökuməti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalarla İş üzrə Baş İdarə və ya Azərbaycan Respublikası Təhsil Nazirliyinə
Azərbaycanda məzun olub Türkiyədə doktorantura pilləsində təhsil almaq istəyən şəxslər: aşağıdakı sənədlərlə birgə Azərbaycan Respublikası Təhsil Nazirliyinə:

– ərizə;
– ali təhsil haqqında diplom (türk dilinə tərcümə olunmuş və notarial qaydada təsdiq edilmiş);
– diploma əlavə (türk dilinə tərcümə olunmuş və notarial qaydada təsdiq edilmiş);
– ALES imtahanlarının nəticəsi (yalnız Türkiyə məzunları üçün);
– şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti;
– 2 ədəd fotoşəkil;
– xarici dil biliklərini təsdiq edən sertifikat (mövcud olduğu təqdirdə);
– 2 ədəd tövsiyə məktubu

Qeyd. Bakalavrdan sonrakı təhsil səviyyəsi üçün müraciət edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi halda, hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidir.

Sənədlər cari ilin 15 avqust tarixinə qədər təqdim olunmalıdır.

Əlavə məlumat üçün 496 34 77 nömrəsi ilə əlaqə saxlayın.

Telebe.az

Facebook Comments