Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Türkiyədə Gənclər Təşkilatı fəaliyyətə başladı

YouthTürkiyədə təhsil alan tələbələrimizin təsis etdiyi “Youth Network of Azerbaijan” Gənclər Təşkilatı fəaliyyətə başladı. Təşkilatdan Telebe.az-a verilən məlumata görə, YNA 27 debakr 2012-ci ildə rəsmi olaraq İstanbul İl Dernekler Müdürlüğündə qeydiyyatdan keçirilib. Bu gün isə təşkilatın fəaliyyətə başladığı elan edilib. Təşkilat Türkiyənin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən təsis edilib. Təşkilatın yaradılmasında əsas məqsəd Türkiyədəki azərbaycanlı gənclərin vahid şəbəkəsini yaratmaqdır. “Youth Network of Azerbaijan” Gənclər Təşkilatı aşağıdakı səbəblər əsasında təsis edilib: -Türkiyədə fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatlarının azlığı və fəaliyyətlərinin yetərsiz qalması; -Türkiyədə Azərbaycanın imicinin lazım olan səviyyədə olmaması; -Türkiyə gündəmində  Azərbaycana kifayət qədər yer ayrılmaması; -Türkiyə əhalisinin müəyyən bir qismində Azərbaycana qarşı mənfi fikirlərin mövcud olması; -Türkiyədə təhsil alan tələbələrimizinin inkişafı üçün ideal Gənclər Təşkilatının olmaması; – Xaricdə professional fəaliyyət göstərən Azərbaycan tələbə qurumlarının qıtlığı; -Türkiyədə təhsil alan tələblərimiz arasındakı əlaqələrin yalnız sosial şəbəklərdə qalması; -Türkiyədə təhsil alan tələbələrimizin sosial həyatda kifayət qədər aktiv olmaması; -Türkiyədə təhsil alan gənclərimizin potensialının kifayət qədər dəyərləndirilməməsi; – Beynəlxalq tədbirlərdə Azərbaycanın aşağı səviyyədə təmsil olunması ya da təmsil olunmaması; – Azərbaycandakı istedadlı gənclər üçün Türkiyədə kifayət qədər imkanlar olmasına baxamayaraq onların bu imkanlardan xəbərdar olmaması ya da xəbərdar olduqları halda bu imkanlardan istifadə edə bilməməsi; – Türkiyədə gənclər sahəsində mövcud olan bir sıra yeniliklərin hələ də Azərbaycanda mövcud olmaması; “Youth Network of Azerbaijan” Gənclər Təşkilatının missiyası : -Türkiyədə təhsil alan azərbaycanlı gənclərin vahid şəbəkəsini qurmaq; -Türkiyədə Azərbaycan diasporunu gücləndirmək; -Azərbaycanlı gənclərdə sahibkarlıq və liderlik bacarıqlarının təkmilləşdirilməsi üçün mühit yaratmaq və onlarda fərq hiss olunacaq qədər dəyişiklik yaratmaq; -Türkiyədə mövcud olan, lakin Azərbaycanda hələ də əsası qoyulmamış yenilikləri ölkəmizə daşımaq; – Azərbaycan gəncliyinin beynəlxalq tədbirlərdə iştirakını artırmaqla Azərbaycanın akademik səviyyədə tanınmasını təmin etmək; -Türkiyədə təhsil almaq istəyən gənclərə təmənnasız olaraq məsləhət xidmətləri təqdim etməklə xaricdə təhsil alan gənclərimizin sayını artırmaq; Qeyd edək ki, YNA qısa müddət ərzində layihələrin icrasına başlayacaq. Təşkilatın fəaliyyəti haqqında daha ətraflı məlmuatı www.youth.net.az  resursundan ala bilərsiniz.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button