Türkiyədə ali təhsil xəyal deyil

Türkiyədə ali təhsil ən az iki ildir və orta təhsili bitirəndən sonrakı təhsili əhatə edir. Bu sistemə universitetlər və institutlar (hərbi akademiya, kollec və i.a.) daxildir. Türk universitetlərində dörd illik fakültələr ilə iki illik ali peşə məktəbləri və axşam ali təhsil proqramları mövcuddur. Türkiyədə 2005-ci ildə təhsil alan universitet tələbələrinin sayı, axşam ali təhsili də daxil olmaq üzrə, təqribən 1,9 milyondur. Türkiyənin müxtəlif universitetlərində 115 ölkədən 18 min xarici tələbə oxuyur. Türkiyədəki universitetlərin xarici tələbələrə verdiyi imkanlar:

1) Təhsil və tərbiyədə yüksək keyfiyyət;

2) Beynəlxalq standartlara uyğun təhsil;

3) Ən son texnologiyanı əhatə edən müasir bazalar;

4) Dünyada tanınan  beynəlxalq diplomlar;

Türkiyədə Bakalavr proqramlarına qəbul şərtləri

Türkiyədə bir universitetdə bakalavr təhsili almaq üçün xarici tələbələr həmin universitetin özünə sənəd vermələri lazımdır. Hər universitetin öz qəbul qaydaları var. Bu qaydalar əsasən bunlardır: 1)Attestat; 2)İmtahan nəticəsi (məsələn: SAT İ, YÖS, Beynəlxalq olimpiyadalar. YÖS (“Yabancı Öğrenciler Sınavı”).

Magistratura və Doktorantura proqramlarına qəbul şərtləri

Namizədlər magistratura (2-3 il) və doktorantura (3-5 il) proqramlarına qəbul olunmaq üçün birbaşa universitetlərə müraciət etməlidir. Təhsil xərcləri: Azərbaycan və Türk tələbələrinin təhsil xərcləri eynidir. Dövlət universitetlərində: İllik təqribən 165 – 1.000 YTL. Vəqf universitetlərində: İllik təqribən 6.000 – 16.000 ABŞ dolları. Yemək, içmək və yataqxana xərcləri: Ayda 400 – 600 YTL.

Dil şərtləri

Türkiyədəki universitetlərdə qəbul imtahanları Türk və İngilis dillərində keçirilir. Bu səbəbdən Türk dilini bilmək məcburi deyil. Türkiyənin bəzi universitetlərində təhsil İngilis dilində verilir. İmtahanı keçənlər, əgər Türk yaxud İngilis dilini vacib olan səviyyədə bilmirlərsə eyni universitetdə bir il müddətlə dil hazırlıq kursunda iştirak edə bilərlər. Daha geniş məlumat istəyənlər www.studyturkey.metu.edu.tr internet saytına müraciət edə və yaxud studyturkey@metu.edu.trünvanına məktub göndərə bilərlər.

Universitetlərin adı                  Web-saytı                  Təhsil dili

Ağdəniz Universiteti                    www.akdeniz.edu.tr Türk, Alman

Anadolu Universiteti                    www.anadolu.edu.tr Türk, İgilis

Ankara Universiteti                     www.ankara.edu.tr Türk, İgilis

Atatürk Universiteti                     www.atauni.edu.tr Türk

Boğaziçi Universiteti                    www.boun.edu.tr İgilis

Çukurova Universiteti                  www.cu.edu.tr Türk, İgilis

Dokkuz Eylül Universiteti             www.deu.edu.tr Türk, İgilis

Egey Universiteti                         www.ege.edu.tr Türk, İgilis

Erciyes Universiteti                     www.erciyes.edu.tr Türk, İgilis

Qalatasaray Universiteti              www.gsu.edu.tr Fransiz

Qazı Universiteti                         www.gazi.edu.tr Türk, İgilis

Qazıantep Universiteti                 www.gantep.edu.tr Türk, İgilis

Hacıtəpə Universiteti                   www.hacettepe.edu.tr Türk, İgilis, Alman

İstanbul Universiteti                     www.istanbul.edu.tr Türk, İgilis

İstanbul Texnik Universiteti          www.itu.edu.tr Türk, İgilis

İzmir Texnoloji Universiteti          www.iyte.edu.tr İgilis

Qafqaz Universiteti                     www.kafkas.edu.tr Türk

Qaradəniz Texnik Universiteti      www.ktu.edu.tr Türk, İgilis

Marmara Universiteti                  www.marun.edu.tr Türk, İgilis, Fransız,

Alman

On Dokkuz May Universiteti        www.omu.edu.tr Türk

Osman Qazı Universiteti              www.ogu.edu.tr Türk, İgilis

Selcuk Universiteti                      www.selcuk.edu.tr Türk, İgilis

Uludağ Universiteti                      www.uludag.edu.tr Türk, İgilis

Ulduz Texnik Universiteti             www.yildiz.edu.tr Türk, İgilis, Alman

Ali məktəblərin tam siyahısını www.findaschool.org ünvanında tapa bilərsiniz/HRPU.ORG/

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group