Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Türkiyədə 400 azərbaycanlı tələbə məzun oldu

turkiye_azerbaycan_bayragiAzərbaycanın Ankaradakı Səfirliyi, ARDNŞ, Azərbaycan Təhsil Mədəniyyət və Həmrəylik Dərnəyi (AZEDER) və “Palmali2 Şirkətlər Qrupunun dəstəyi ilə Türkiyənin ali təhsil ocaqlarında təhsilini 2013-cü ildə müvəffəqiyyətlə başa vurmuş 400-ə yaxın tələbələrimiz üçün geniştərkibli məzuniyyət tədbiri təşkil edib. Səfirlikdən Modern.az-a verilən məlumata görə, Türkiyənin müxtəlif şəhərlərindən Ankaraya toplanan məzunlar üçün təşkil edən tədbir çərçivəsində, TR Ali Təhsil Şurasının Sədri (YÖK) Gökhan Çetinsaya, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) Sədri Serdar Çam, TÜRKSOY-un Baş Katibinin müavini Fırat Purtaş, ARDNŞ-ın vitze-prezidenti Samir Kərimli, TR Təhsil Nazirinin müavini Zübeyir Yılmaz, Ankaranın Etimesqut rayon Bələdiyyəsinin başçısı Ənvər Dəmirəl, çox sayda rektorlar, çox sayda millət vəkilləri, elm adamları, ictimai xadimlər, diaspor nümayəndələrimiz, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Səfirliyin Təhsil müşaviri Nəcibə Nəsibova yeni məzunlara örnək göstərilməsi məqsədilə vaxtilə Türkiyə universitetlərində təhsil alan və qısa zamanda işlədikləri müxtəlif sahələrdə böyük müvəffəqiyyətlərə imza atan 3 nümunəvi insan-Mərkəzi Klinika Xəstəxanasının Baş Həkimi Kamran Musayev, Santex Şirkətinin Prezidenti Samir Cəfərov, Turizm Şirkətinin Prezidenti Mahir Əhmədov tədbir iştirakçılarına təqdim olunub.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button