Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Türkiyədə ən böyük kitabxana açıldı.

Bu gün Türkiyənin ən böyük kitabxanasının açılışı olub.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Prezident kompleksindəki Millət Kitabxanasının açılış mərasimində iştirak edib.

İnşaat işlərinə 2016-cı ildə başlanılan kitabxananın 125 min kvadratmetr sahədə qapalı sahəsi var və eyni zamanda 5 min nəfərə xidmət edə bilər. Kitabxanada 4 milyon çap, 120 milyondan çox elektron nəşr və 550 min elektron kitab və nadir əsər var.

Çap mənbələri ilə yanaşı, elektron resurs abunəçiliyi də işə salınır. Uzunluğu 201 kilometr olan rəflərdə 134 müxtəlif dildə kitablar, 100 fərqli ölkədən 120 milyon məqalə yer alıb.

“Türkiyənin ən böyük kitabxanası olma” xüsusiyyəti xaricində Millət Kitabxanasının həm kolleksiyası həm də xidmətləri baxımından dünyanın saylı kitabxanaları arasına girməsi gözlənilir.

Daha çox göstər

Oxşar xəbərlər

Check Also

Close
Back to top button