Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Türkiyə universitetlərinə qəbul

Xarici Universitetlərdə oxumaq Azərbaycanlı tələbələr üçün müxtəlif imtahanlardan yüksək nəticələr toplamaqla mümkündür. Bu  gün Azərbaycanlı tələbələrin ən çox istiqamət aldığı və onların maraq dairəsində olan ölkə Türkiyədən danışmaq istərdik.

Türkiyə ilə təhsil sahəsində əməkdaşlıq neçə illərdir ki, davam edir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir çox gənclər Türkiyəyə göndərilmiş və orada  təhsil almışdılar.

Azərbaycanın müstəqillik dövründə bu sahədə daha geniş əlaqələr qurulmuş və bu əlaqələr hal-hazırda davam etməkdədir. 1992-ci ildə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq barədə imzalanan müqavilə ilə təhsil sahəsində daha da geniş əlaqələr yarandı. Bu müavilədən sonra minlərlə tələbə Türkiyəyə təhsil almağa göndərildi.

Türkiyə ilə yaradılmış səmərəli təhsil əlaqələrinin nəticəsidir ki, bu gün 2500-dən çox azərbaycanlı tələbə Türkiyədə təhsil alır ki, onlardan 600 nəfəri dövlət xətti ilə təhsil alanlardır. Eyni zamanda Azərbaycanın ali təhsil müəssisələrində 4500 Türkiyəli tələbə təhsil almaqdadır.

Türkiyənin təhsil naziri Nimət Çubukçu  isə  müsahibələrin birində qeyd edib ki, 1992-1993-cü ildən başlayaraq  bu günə qədər Türkiyənin “Böyük tələbə layihəsi” çərçivəsində Azərbaycan üçün Türkiyə ali məktəblərində 5118 yer ayrılıb ki, onlardan 3936 yer istifadə olunub və 1476 tələbə məzun olub.

Həmçinin qeyd edib ki, 2010/2011-ci tədris ilində Azərbaycan üçün norma 156 yer təşkil edir. Ötən tədris ilində bu göstərici 125 yer olub.

İndi Türkiyəyə qəbul necə aparılır?

YÖS imtahanın beynəlxaq tələbələri yerləşdirmə sisteminin ləğv edilməsindən sonra hər bir universitet öz imtahanını seçməkdə azad olsalar da onların ümümi qəbul edəcəyi bir sistem qəbul edilib. Bu gün demək olar ki, əksər Türk universitetlərinin qəbul etdiyi sistem SAT imtahanıdır. İndi bu imtahan  bütün YÖS imtahanını əvəzləyir. Lakin SAT iki test sistemindən ibarət olduğundan biz hələlik yalnız SAT I, yəni Türkiyəyə qəbul imtahanın tələb etdiyi variantdan danışacağıq.

Türkiyəyə qəbul qaydaları dəyişildikdən sonra SAT imtahanına da tələbat çoxalıb. İndi Türkiyədə oxumaq istəyən tələbələr SAT imtahanı verirlər. Digər imtahanlardan fərqli olaraq  SAT imtahanı İngilis dili biliyi ilə bərabər riyaziyyat biliyindən də  yoxlanılmasıdır. Başqa imtahanlarda yalnız ingilis dili biliyi yoxlanılır. Bu imtahanda isə hər ikisi – riyaziyyat və ingilis dili biliklərindən tələbələr test edilir.

Hal-hazırda Azərbaycanda cəmi bir SAT test mərkəzi vardir və orada artıq yerlər dolubdur. Yəni indi tələbələe ya Türkiyədə ya da Gürcüstanda keçməli olurlar. Bu da SAT I imtahanına marağın iki qat artdığını demək olar.

SAT imtahanında hər bölmə üzrə minium bal 200, maksimum bal isə 800 baldır ( yəni toplam maksimal 2400). Yüksək səviyyəli universitetlərə qəbul olmaq üçün hər komponent üzrə ən azı 600 – 700 və ya daha çox  bal toplamaq lazımdır.

SAT imtahını  üç istiqamətdə aparılır.

1)      Yazı (writing). Burada adından da göründüyü kimi yazı bacarıqları test edilir. Bu istiqamət üzrə siz 200 – 800 arası bal əldə edə bilərsiniz.

2)      Tənqidi oxuma (critical reading). Bu sahədə yaradıclıq tələb olunur. Yəni hər hansısa bir mətnə fikir bildirmək, onun haqqında yazmaq.

3)       Riyaziyyat (mathematics).Bu bölmədə sizin riyazi bilikləriniz test ediləcək.

İmtahanın etibarlılıq müddəti 5 ildir. Lakin Tükrkiyə universitetləri bu müddətin iki ildən çox olmasını istəmirlər. əgər gələcəkdə Türkiyə universitetlərinə getmək istəyirsinizsə, o zaman SAT I imtahanı haqqında düşünün.

CELT.AZ

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button