TQDK UNESCO ilə əməkdaşlıq çərçivəsində ETICO platformasında verilmiş Avropa Tələbələr Birliyinin təhsildə etik davranış və anti-korrupsiya mövzusunda məqaləsini təqdim edir.

UNESCO-nun təhsildə etik davranış və anti-korrupsiya üzrə məlumat platforması olan ETICO, özünün  beynəlxalq platformasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını imtahanların təşkili və tələbə qəbulu prosesinin tamamilə avtomatlaşdırılması ilə təhsildə korrupsiyaya qarşı mübarizədə nümunəvi qurum kimi təqdim edir*. Təqdimata əsasən, “Azərbaycan qəbul imtahanları ilə bağlı MDB-nin qaranlıq fonunda yeganə istisnadır. Bu ölkədə informasiya texnologiyalarının tətbiqi və Qəbul Komissiyası tərəfindən həyata keçirilən nəzarət ali məktəblərə qəbul imtahanlarının keçirilməsi və qiymətləndirilməsi zamanı şəffaflığın təmin olunmasına imkan yaradıb”.

UNESCO ilə əməkdaşlıq çərçivəsində, ETICO məlumat platformasında təqdim olunmuş** Avropa Tələbələr Birliyinin (ESU-European Students Union) təhsildə etik davranış və anti- korrupsiya mövzusunda məqaləsinin Azərbaycan dilinə tərcümə olunmuş mətnini təqdim edirik:

Şəffaflıq və korrupsiya halları ilə mübarizəyə tələbənin baxışı

Korrupsiyanın olmadığı şəffaf bir təhsil sistemi nəinki təhsilin keyfiyyətinin yüksək olması, həmçinin bərabər imkanlar çərçivəsində təhsil almaq üçun çox mühüm amil olmaqla Avropa Tələbələr Birliyinin (ATB) ən əsas məqsədlərindən sayılır. Bunun üçün, təhsildə korrupsiya halları ilə mübarizəyə tələbələrin cəlb olunması böyük əhəmiyyət kəsb edir və bu tələbələrin təhsilə sahib çıxması, universitetin idarəçiliyində fəal iştirakı, keyfiyyətin təminatı və tədris proqramının tərtibində iştirakı bu kimi imkanlara şərait yaratmaqla həyata keçirilə bilər.

Təhsildə tələbənin sahibçıxma hissini təbliğ etmək, bununla da tələbələrin etik qaydalara söykənən idarəetmədə hesabatverici iştirakçı kimi təqdimatına nail olunması naminə, tələbələrə olan münasibətdə onların tam səlahiyyətli iştirakçı kimi qəbul edilməsi ATB üçün prioritet məqsəddir. Müasir əməkdaşlıq prinsiplərinə əsasən, pedaqoji heyət və tələbələr öz ali təhsil müəssisələrinin gələcəyi ilə bağlı qərarları demokratik və müstəqil şəkildə qəbul etməlidirlər. Müvafiq sahələrdə tələbələrin şəbəkələşməsi və proseslərdə iştirakının artması məqsədilə ATB tələbə təlimçiləri yetişdirməklə, yerli tələbə birliklərini, həmçinin onların üzvlərinin inkişafını təmin edir (ATB-nin Yeni Təlimçilər Bazası haqqında ətraflı məlumat ilə verilmiş keçiddən tanış ola bilərsiniz: http://quest.esu-online.org/Pool+of+Trainers+2016).

ATB təhsilin keyfiyyəti və şəffaflığını keyfiyyətin təminatı prosesinin və tələbə yönümlü tədrisin həyata keçirilməsində tələbələrin iştirakının təbliğatı ilə önə çəkir ki, bu da innovativ metodlar ilə müəllim və tələbə arasında əməkdaşlığı və müxtəlif formada tədris və qiymətləndirməni dəstəkləmiş olur. Bu yanaşma həmçinin təhsildə bacarıq və yeni biliyin formalaşmasında qeyri-şəffaf vasitələrin inkişafının qarşısını alır. ATB keyfiyyət üzrə audit qrupları və ya tələbə-yönümlü tədrisi dəstəkləyən nümayəndələri hazırlamaq məqsədilə tələbələr üçün müxtəlif seminarlar təşkil edir.

Korrupsiyasız mühit üçün Ətrafdakılara hörmət, Bərabərlik və Sosial ədalət kimi əsas hesab olunan prinsiplər Təhsilin Sosial İstiqaməti adlandırılan sahədə ATB-nin fəaliyyəti ilə əks olunur. ATB tələbənin tərcümeyi-halından asılı olmayaraq təhsili əldə etmək imkanını bərabərhüquqluq prinsipi əsasında təbliğ edir və ali təhsildə kiyafət qədər təmsil olunmayan qrupları dəstəkləyir.

İnklusiv yanaşma naminə ən uğurlu təcrübəni bölüşməklə (məsələn, təcrübənin mübadiləsi PL4SD adlı lahiyədəki kimi) və tələbələrə ayrı-seçkilik edilməməsini aşılamaqla, ATB başqalarına hörmət və ədalətlə yanaşmaq prinsiplərini tələbələrdə daha da gücləndirir.

Müəllif haqqında

Li Meyster 1986-cı ildə İsveçrədə Şafhauzen şəhərində anadan olmuşdur.  O, İsveçrədə Bazel Universitetində Şərq-Avropa tarixi və Slavyan qrupu dillər ixtisası  üzrə magistr dərəcəsi almışdır.  2009-cu ildən isə tələbə hərəkatının fəal iştirakçılarından olmuşdur. O, Bazel Universitetinin Tələbə Birliyinin siyasi əməkdaşı və İsveçrədə Tələbə Birliyinin beynəlxalaq məsələləri üzrə əməkdaşı kimi çıxış edirdi. 2014-cü ildən o, Avropa Tələbələr Birliyinin İcraçı Komitəsinin üzvü olmuş və 2015-ci ilin iyulundan Komitənin sədr müavini keçmişdir. Onun əsas  fəaliyyət sahələri Ali Təhsilin Sosial İstiqaməti və Təhsildə İctimai Məsuliyyət olmuşdur.

*İngilis dilində, hazırlanmış təqdimat ilə növbəti keçiddə tanış ola bilərsiniz:

http://etico.iiep.unesco.org/fileadmin/user_upload/ETICO/Training/Transparency/Azerbaijan_EN.pdf

**İngilis dilində dərc olunmuş məqalə ilə bu keçiddən tanış ola bilərsiniz:

https://eticoblog.wordpress.com/2016/02/03/a-students-view-on-transparency-and-anti-corruption/

 

Leave a Reply

Your email address will not be published.

İngilis dili 45 AZN!
Ünvan