Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

TQDK sınaq imtahanlarının nəticələrini açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) aprelin 22-də keçirtdiyi sınaq imtahanların nəticələrini açıqladı. Bu barədə Telebe.az-a TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

TQDK rəsmisi bildirib ki, aprelin 22-də respublikanın ayrı-ayrı bölgələrində keçirilən sınaq imtahanın nəticələri artıq bəllidi. Abituryentlər bu linkdənhttp://www.tqdk.gov.az/sinaq2012netice/  istifadə edərək öz imtahanın nəticəsini əldə edə bilərlər.

Qeyd edək ki, aprelin 22-də TQDK abituriyenlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədi ilə 2012-ci ilin ikinci sınaq imtahanını keçirib.İmtahanlar respublikanın ayrı-ayrı şəhərlərində, ümumilikdə 47 binada aparılıb. Sınaq imtahanlarında iştirak etmək üçün 30 mindən çox abituriyent qeydiyyatdan keçib.

Telebe.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button