Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

TQDK sədrindən orta məktəblərə – SƏRT TƏNQİD

meleyke-abbaszade-yeni-tehsil-nazirinden-danisdi_mTələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə orta məktəblərdə tədrisin keyfiyyətini sərt tənqid edib. Lent.az-ın məlumatına görə, TQDK sədri vurğulayıb ki, orta statistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız  25-49 faizini mənimsəyir. “Ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda orta statistik portreti müəyyənləşdirilib.

Belə ki, Azərbaycan bölməsində orta statistik abituriyent ana dili fənnindən test tapşırıqlarının 41.38, ədəbiyyatdan 37.52, riyaziyyatdan I, II qruplarda 26.33, III, IV qruplarda 27.33, fizikadan 27.40, kimyadan 25.59, biologiyadan 28.10, tarixdən 31.01, Azərbaycan tarixindən 35.95, coğrafiyadan 37.36, ingilis dilindən I qrupda 29.50, II, III qruplarda 33.45 faizinə düzgün cavab verib. Rus bölməsində orta statistik abituriyent isə rus dili fənnindən test tapşırıqlarının 47.86, ədəbiyyatdan 48.58, riyaziyyatdan I, II qruplarda 30.62, III, IV qruplarda 31.59, fizikadan 32.23, kimyadan 31.04, biologiyadan 33.84, tarixdən 27.62, Azərbaycan tarixindən 32.96, coğrafiyadan 37.98, ingilis dilindən I qrupda 45.41, II, III qruplarda 48.68 faizini düzgün cavablandırıb. Abituriyentlərin cavablarının göstəricilərindən aydın olur ki, hər iki bölmədə orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 25-49 faizinə düzgün cavab verib. Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 51-75 faizini mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir”.

Komissiya sədri deyib ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır: “Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonlarımız, məktəblərimiz, eləcə də öz yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır”.

“İxtisas qrupları üzrə imtahan nəticələrinin təhlili göstərir ki, abituriyentlərin açıq və qapalı tipli test tapşırıqları üzrə topladıqları ballar arasında xətti əlaqələri ifadə edən korrelyasiya mövcuddur”. Məleykə Abbaszadənin sözlərinə görə, bu əlaqələr ixtisas qrupları üzrə müxtəlifdir. “Məsələn, I qrup üzrə korrelyasiya əmsalının qiyməti 0.841, II qrup üzrə 0.833, III qrup üzrə 0.747 və IV qrup üzrə 0.865-ə bərabərdir. Açıq tipli test tapşırıqlarına qapalı tipli test tapşırıqları üzrə orta və yüksək bal toplayan abituriyentlər cavab veriblər. Belə abituriyentlərin müxtəlif fənlərdən qapalı tipli test tapşırıqları üzrə düzgün cavabvermə faizi 40-dan yüksək olub. Onlar II ixtisas qrupunda riyaziyyat və coğrafiya fənləri üzrə müvafiq olaraq seçmənin 26.63 və 45.06 faizini, III ixtisas qrupunda riyaziyyat və tarix fənləri üzrə 29.49 və 32.62 faizini, IV ixtisas qrupunda riyaziyyat və kimya fənləri üzrə 26.37 və 24.07 faizini, I ixtisas qrupunda isə riyaziyyat və fizika fənləri üzrə 22.47 və 28.90 faizini təşkil edib. Təqdim edilən rəqəmlərdən görünür ki, açıq tipli test tapşırıqları ilk növbədə yüksək hazırlıqlı abituriyentləri bir-birindən fərqləndirməyə xidmət edib. Məsələn, II ixtisas qrupunda müsabiqədə iştirak edən abituriyentlərin riyaziyyat fənnindən açıq tipli test tapşırıqlarına verdikləri düzgün cavabların sayına görə paylanmasına nəzər yetirək: onların 16.75 faizi açıq tipli test tapşırıqlarının 1-nə, 8.73 faizi 2-nə, 5.94 faizi 3-nə, 5.02 faizi 4-nə, 2.53 faizi 5-nə düzgün cavab verib, qalan 61.03 faizi isə heç birinə düzgün cavab verə bilməyib. Bu seçmədən orta və yüksək hazırlıqlı (qapalı tipli test tapşırıqlarının 40-100 faizinə düzgün cavab verən) abituriyentlərin paylanmasına nəzər yetirdikdə isə tam fərqli mənzərə ilə qarşılaşırıq: abituriyentlərin 18.13 faizi açıq tipli test tapşırıqlarının 1-nə, 20.85 faizi 2-nə, 20.32 faizi 3-nə, 18.57 faizi 4- nə, 9.48 faizi 5-nə düzgün cavab verib və qalan 12.65 faizi isə heç birinə cavab verə bilməyib”.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button