Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

TQDK sədri prinsipləri göstərdi: təhsil haqqı, diplomun dəyəri, səviyyə

tqdk-1Özəl ali təhsil müəssisələrinə qəbul planı ötən illə müqayisədə bu il 0,88% (55 yer) artaraq 6294 yer müəyyən edilib. Ayrılan plan yerlərinin 56,4%-i Azərbaycan, 3,73%-i rus, 39,86%-i hər iki bölmə abituriyentlərinin birgə müsabiqəsi üçün nəzərdə tutulub.

 

Publika.az-ın məlumatına görə, bu sözləri TQDK sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, qruplar üzrə götürdükdə planın 16,27%-i I ixtisas qrupu, 51,80% II ixtisas qrupu, 27,88% III ixtisas qrupu, 4,05%-i IV ixtisas qrupuna aid olub.

“Ötən il olduğu kimi bu il də qəbul planının əsas hissəsini (79.68%) ikinci və üçüncü ixtisaslar üçün nəzərdə  tutulub. Özəl ali təhsil müəssisələrinin I ixtisas qrupunda qəbul planı dövlət ali təhsil müəssisələrinin müvafiq qrup üzrə qəbul planının 9,34, IV qrup üzrə 6,13%-nə bərabər olduğu halda, II qrup üzrə 42,63, III qrup üzrə 20.18%-nə bərabər olub. Bütün qruplar üzrə ümumilikdə götürdükdə isə özəl ali təhsil müəssisələrinin qəbulu dövlət ali təhsil müəssisələrinin qəbul planının 20%-i qədər olub”, – deyə M.Abbaszadə bildirib.

TQDK sədri onu da vurğulayıb ki, qəbulun nəticələrinin təhlili göstərib ki, müsabiqədə iştirak edən abituriyentlərin 27.44%-i (9863 nəfər) öz ərizələrində özəl təhsil müəssisələrinin ixtisaslarını da qeyd edib. Onların 624 nəfəri ərizələrində yalnız özəl ali təhsil müəssisələrini qeyd edib: “Özəl ali təhsil müəssisələrindən fərqli olaraq dövlət ali təhsil müəssisələrində IV ixtisas qrupu istisna olmaqla bütün qruplarda müsabiqə şəraiti mövcud olub. Ən zəif müsabiqə I ixtisas qrupu (1.044), ən yüksək müsabiqə II ixtisas qrupunda (1.296) olub. Təhlillər göstərir ki, abituriyentlərin bir hissəsi özəl ali təhsil müəssisələri ilə müqayisədə dövlət ali təhsil müəssisələrini seçir. Abituriyentlərin belə gözlənilməz seçim etmələrinin səbəbləri arasında təhsil haqqını, diplomun əmək bazarındakı dəyərini və ali təhsil müəssisəsindəki təhsilin səviyyəsini misal göstərmək mümkündür. Buna görə də, dövlət ali təhsil müəssisələrinin plan yerlərinin dolma faizi IV qrup istisna olmaqla qalan qruplarda 88%-dən çox olub. Ən yüksək nəticə II ixtisas qrupunda olub və 97.71% təşkil edib”.

TQDK sədri Məleykə Abbaszadə bu il Azərbaycanda ali məktəblərdə qruplar üzrə qəbul sıralanmasından danışıb.

Publika.azbər verir ki, TQDK sədri birinci qrup üzrə birinci sırada Bakı Ali Neft Məktəbinin tutduğunu deyib. İkinci Prezident yanında Dövlət İdarəçilik Akademiyası, üçüncü ADA, dördüncü Gömrük Komitəsinin Akademiyası, beşinci İqtisad Universitetidir.

M.Abbaszadə deyib ki, ikinci qrup ixtisası üzrə ən çox tələbə ADA-ya üz tutur.

“İkinci yerdə Prezident yanında Dövlət İdarəçilik Akademiyası, üçüncü Gömrük Komitəsinin Akademiyası, dördüncü Neft Akademiayası, beşinci İqtisad Universiteti, altıncı Texniki Universitet, yeddinci BDU, səkkizinci Dövlət Aviasiya Akademiyası, doqquzuncu Azərbaycan Pedaqoji Universiteti, onuncu Naxçıvan Dövlət Universitetidir. Üçüncü qrup ixtisası üzrə ən çox tələbə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına, sonra Gömrük Komitəsinin Akademiyasına, Milli Aviasiya Akademiayasının hüquqşunaslıq ixtisasına, beşinci BDU-nu, altıncı Turizm İnstitutuna, yeddi Azərbaycan Dillər Universitetinə, səkkizinci Naxçıvan Dövlət Universitetinə, doqquzuncu Azərbaycan Pedaqoji Universitetininə, onuncu yerdə isə Gəncə Dövlət Universitetinə daxil olur”.

TQDK sədri bildirib ki, ən acınacaqlı hal dördüncü qrupda müşayiət olunur:

“Burada əsas yerlər Tibb Universitetinə gedən qızlar və Bədən Tərbiyəsi Universitetinə gedən oğlanlar arasında bölünür. Birinci yer Tibb Universiteti 569 bal, ikinci yer Prezident Yanında İdarəçilik Akademiyası 468 bal, üçüncü yer Naxçıvan Dövlət Universiteti, dördüncü yer BDU, beş Qafqaz, ən aşağı göstərici Kooperasiya Universitetində 172 balla müşayiət olunur”.

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button