2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə  III ixtisas qrupu üzrə iyulun 3-də keçirilmiş qəbul imtahanının nəticələri iyulun 5-də saat 19:20-dən etibarən TQDK-nın internet saytında  yerləşdirilibr. TQDK bəyan edib ki,  III  ixtisas qrupu üzrə ixtisas seçimində müsabiqəyə minuimal keçid balı ötən illə müqayisədə aşağı salınıb.

Belə ki, Bu il III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
(Ötən il III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər müsabiqəyə buraxılıb).

 

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdirilib.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 24-dən avqustun 2-dək “Abituriyentin elektron ərizəsi”ndə ixtisasları seçib təsdiq etməlidirlər.


Modern.az