Ali məktəblərə qəbul olunmuş abituriyentlərin qeydiyyatına avqustun 20-dən başlanacaq

2012-2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 20-də başlayacaq. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, ixtisas seçiminin nəticələri avqustun 17-18-də açıqlanacaq.

Qeyd edək ki, qəbul imtahanlarının nəticələrinə əsasən, artıq 14162 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib., onlardan 12313-ü Azərbaycan, 1849-u rus bölməsi üzrədir. ərizəsini təsdiq etdirənlərdən 4968-i I, 3150-si II, 4646-sı III, 1398-i IV qrup üzrədir.

Abituriyentlərin ixtisas seçimi avqustun 7 başyalıb, ayın 16-dək davam edəcək.