Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

TQDK ən nüfuzlu ixtisasları açıqladı

1329335798_tqdk-nezaretci-muellimlerTələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda ali təhsil müəssisələri üzrə ən yüksək və ən aşağı müsabiqə vəziyyətini müəyyənləşdirib.

Komissiyanın sədri Məleykə Abbaszadə 1992-2014-cü illər ərzində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyətinin 2008-ci ildə olduğunu deyib.Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2014-cü ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2002-ci ilə təsadüf edir.

Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri, əvvəlki ilin səviyyəsində saxlanılıb. Nəticədə, müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərib, keçid balları xeyli düşüb.

TQDK sədri qeyd edib ki, hər qrupun ən nüfuzlu ixtisası da müəyyənləşdirilib.
M.Abbaszadənin sözlərinə görə, bu il Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda isə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisaslarına üstünlük veriblər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə həmçinin 2014-cü ildə ali məktəblərə qəbul planında boş qalan yerlərin statistikasını açıqlayıb. O bildirib ki, qəbul olunanların sayı azdır:
“Azərbaycan Aqrar Universuteti yeganə ali təhsil müəssəsidir ki, burda 30% yer boş qalıb. Hətta bu universitetdə dövlət sifarişli yerlər də boş qalıb”.
M.Abbaszadə bildirib ki, bu il İT sahəsində aparılan araşıdırma nəticəsində məlum olub ki, əvvəlki illərlə müqayisədə bu ixtisasa təlabat artıb. Əmək bazarında da bu ixtisaslara ehtiyac var”.
TQDK rəsmisi həmçinin kənd təssərrüfatı sahəsində mütəxəsislərə ehtiyac olduğunu vurğulayıb:
“Gənclər bu sahəyə getmirlər. Lakin 5 ildən sonra bu mütəxəsisləri biz xaricdən gətirməli olacağıq. Eyni zamanda, ölkə rəhbəri bu ili “Kənd təssərrüfatı” ili elan edib. Buna görə də, bu sahədə bizim daha çox kadrlarımız olmalıdır. Özəl ali məktəblərdə də boş yer qalıb. Bura ödənişli əsaslarla qəbul olunanlar isə ödənişsiz təhsil almaq üçün orta ixtisas müəssələrinə üz tururlar. Düşünürəm ki, özəl ali məktəblər sistemlərində dəyişiklik etməlidirlər”.
M.Abbaszadənin sözlərinə görə, qabiliyyət tələb edən ixtisaslarda da bu il boş yerlər olub:
“Bu halı normal hesab etmək olar, çünki istedadlıların sayı azdır. Bəzən görürük ki, bu ixtisaslara qabiliyyəti olmayanlar da müraciət edir. Onlar sözügedən ixtisaslarda bal az olduğu üçün müraciət edirlər. Amma bu faktdansa, qabiliyyət tələb edən ixtisasların boş qalmağı yaxşıdır”./azvision.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button