Toronto Universiteti

Toronto Universiteti (University of Toronto) – Şimali Amerikanın ən böyük elmi-tədqiqat mərkəzlərindən biri. Ali məktəb KanadanınOntario əyalətinin Toronto şəhərində yerləşir. 1926-cı ildən Toronto Universiteti “Amerika Universitetləri Assosiasiyası”nın üzvüdür. Böyük Britaniyanın “Times Higher Education” jurnalının 2010-cu ildə apardığı dünya universitetlərinin reytinqinə görə, Toronto Universiteti 200 ən yaxşı ali məktəb arasında 17-ci yerdədir.
Universitetin tərkibində yerləşir: Devid Danlep Rəsədxanası (1935), Aerokosmik Tədqiqatlar İnstitutu (1949) və Müqəddəs Georq,  Skarboro (1964), Mississauqa (1967) kampusları.
15 mart 1827-ci ildə kral IV Georq Yuxarı Kanadada Kral Kollecinin yaradılması haqqında xartiya imzalayır. Dini yönümlü kollecin ilk prezidenti Toronto şəhərinin Anqlikan kilsəsinin yepiskopu Con Straçan təyin edilir. Həmin il Kral Kollecinin üçmərtəbəli yunan intibahı üslubunda inşa edilmiş və hazırda tarixi abidə kimi qorunan binası tikilir.
1849-cu ildə Yuxarı Kanadanın yeni yaradılmış məsul hökuməti səs çoxluğu ilə Kral Kollecinin Toronto Universiteti adlandırılması haqqında qərar verir. Ali məktəb bütünlüklə kilsə ilə əlaqəni kəsir.
1878-ci ildə universitetin Tətbiqi Elmlər Məktəbi yaradılır və Skule adlandırılır. Toronto Tibb Məktəbi 1887-ci ildə yaradılsa da, tibb fakültəsi universitetdə 1843-cü ildən fəaliyyət göstərirdi.1887-ci ildə universitetdə hüquq, bir il sonra isə stomatologiya fakültələri açılır. 1884-cü ildən ali təhsil müəssisəsinə qızların qəbulu aparılır.
1890-cı ildə Toronto Universitetində güclü yanğın baş verir və nəticədə 1853-cü ildə yaradılmış Universitet Kollecinin çox hissəsi və kitabxanadakı 33000 cild kitab yanır. Universitet bu itkiləri yalnız iki ilə bərpa edir. Toronto Universitetində 10 il ərzində kollegial rəhbərlik sistemi formalaşır və bir neçə yeni kilsə kollecləri yaradılır. 1896-1991-ci illərdə Toronto Universiteti Kral Konservatoriyasına, 1912-1968-ci illərdə isə Ontario Kral Muzeyinə rəhbərlik edir. Bu müəssisələr hazırda müstəqil fəaliyyət göstərsələr də, universitetlə sıx əməkdaşlıq edirlər. 1901-ci ildə Toronto Universiteti mətbuatı yaradılır. 1910-cu ildə universitetin pedaqogika fakültəsi Toronto Universiteti Məktəbləri adlı məktəb laboratoriyası yaradır.
I və II Dünya müharibələri zamanı universitet durğunluq dövrünü yaşayır, tələbə və müəllimlər könüllü orduya gedirlər. Sonradan universitetdə müharibədə həlak olan insanların şərəfinə 44 metr hündürlükdə Əsgər Qülləsi ucaldılır. Qüllənin üzərində I və II Dünya müharibələrində həlak olan şəxslərin adları həkk edilir. Hazırda həmin qüllə Toronto Universitetinin simvollarından biridir.
1959-cu ildə Toronto Universitetinin nəzdində yaradılan York Universiteti altı il sonra müstəqillik əldə edir.
1980-ci ildən başlayaraq Toronto Universiteti dövlət tərəfindən maliyyələşdirməni azaldır və yardımlar hesabına vəsait toplamağa daha çox diqqət yetirir. 80-ci illərdə təhsil müəssisəsi 1 milyard Kanada dollarından çox maliyyə yardımı alır.
2001-ci ildə universitetdə “Citizen Lab” adlı laboratoriya yaradılır. Bu laboratoriya İnternet senzurasına qarşı mübarizə aparır.
Toronto Universitetində onlarla azərbaycanlı tələbə təhsil alır və məktəbdə 2009-cu ildən “Azərbaycanlı Tələbə Təşkilatı” fəaliyyət göstərir.

Toronto Universiteti (University of Toronto) – Şimali Amerikanın ən böyük elmi-tədqiqat mərkəzlərindən biri. Ali məktəb KanadanınOntario əyalətinin Toronto şəhərində yerləşir. 1926-cı ildən Toronto Universiteti “Amerika Universitetləri Assosiasiyası”nın üzvüdür.Böyük Britaniyanın “Times Higher Education” jurnalının 2010-cu ildə apardığı dünya universitetlərinin reytinqinə görə, Toronto Universiteti 200 ən yaxşı ali məktəb arasında 17-ci yerdədir.[1] Universitetin tərkibində yerləşir:Devid Danlep Rəsədxanası (1935), Aerokosmik Tədqiqatlar İnstitutu (1949) və Müqəddəs Georq, Skarboro (1964), Mississauqa (1967) kampusları.
15 mart 1827-ci ildə kral IV Georq Yuxarı Kanadada Kral Kollecinin yaradılması haqqında xartiya imzalayır. Dini yönümlü kollecin ilk prezidenti Toronto şəhərinin Anqlikan kilsəsinin yepiskopu Con Straçan təyin edilir. Həmin il Kral Kollecinin üçmərtəbəli yunan intibahı üslubunda inşa edilmiş və hazırda tarixi abidə kimi qorunan binası tikilir. ilə sıx əlaqələr qurur.1849-cu ildə Yuxarı Kanadanın yeni yaradılmış məsul hökuməti səs çoxluğu ilə Kral Kollecinin Toronto Universiteti adlandırılması haqqında qərar verir. Ali məktəb bütünlüklə kilsə ilə əlaqəni kəsir.1878-ci ildə universitetin Tətbiqi Elmlər Məktəbi yaradılır və Skule adlandırılır. Toronto Tibb Məktəbi 1887-ci ildə yaradılsa da, tibb fakültəsi universitetdə 1843-cü ildən fəaliyyət göstərirdi.1887-ci ildə universitetdə hüquq, bir il sonra isə stomatologiya fakültələri açılır. 1884-cü ildən ali təhsil müəssisəsinə qızların qəbulu aparılır.1890-cı ildə Toronto Universitetində güclü yanğın baş verir və nəticədə 1853-cü ildə yaradılmış Universitet Kollecinin çox hissəsi və kitabxanadakı 33000 cild kitab yanır. Universitet bu itkiləri yalnız iki ilə bərpa edir. Toronto Universitetində 10 il ərzində kollegial rəhbərlik sistemi formalaşır və bir neçə yeni kilsə kollecləri yaradılır. 1896-1991-ci illərdə Toronto Universiteti Kral Konservatoriyasına, 1912-1968-ci illərdə isə Ontario Kral Muzeyinə rəhbərlik edir. Bu müəssisələr hazırda müstəqil fəaliyyət göstərsələr də, universitetlə sıx əməkdaşlıq edirlər. 1901-ci ildə Toronto Universiteti mətbuatı yaradılır. 1910-cu ildə universitetin pedaqogika fakültəsi Toronto Universiteti Məktəbləri adlı məktəb laboratoriyası yaradır.I və II Dünya müharibələri zamanı universitet durğunluq dövrünü yaşayır, tələbə və müəllimlər könüllü orduya gedirlər. Sonradan universitetdə müharibədə həlak olan insanların şərəfinə 44 metr hündürlükdə Əsgər Qülləsi ucaldılır. Qüllənin üzərində I və II Dünya müharibələrində həlak olan şəxslərin adları həkk edilir. Hazırda həmin qüllə Toronto Universitetinin simvollarından biridir.1959-cu ildə Toronto Universitetinin nəzdində yaradılan York Universiteti altı il sonra müstəqillik əldə edir.1980-ci ildən başlayaraq Toronto Universiteti dövlət tərəfindən maliyyələşdirməni azaldır və yardımlar hesabına vəsait toplamağa daha çox diqqət yetirir. 80-ci illərdə təhsil müəssisəsi 1 milyard Kanada dollarından çox maliyyə yardımı alır.2001-ci ildə universitetdə “Citizen Lab” adlı laboratoriya yaradılır. Bu laboratoriya İnternet senzurasına qarşı mübarizə aparır.

Toronto Universitetində onlarla azərbaycanlı tələbə təhsil alır və məktəbdə 2009-cu ildən “Azərbaycanlı Tələbə Təşkilatı” fəaliyyət göstərir.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button