Tibb Universitetinə köçürülmək istəyən tələbələrin qiymətləndirilməsinin nəticələri açıqlanıb

Dövlət imtahan Mərkəzi Azərbaycan Tibb Universitetinə köçürülmək istəyən şəxslərin tibbi biliklərinin test üsulu ilə qiymətləndirilməsinin nəticələrini açıqlayıb. DİM-dən APA-ya verilən xəbərə görə, bu gün xarici ölkə universitetlərində və ya Naxçıvan Dövlət Universitetində ali təhsilini başa çatdırmamış və bu təhsilin Azərbaycan Tibb Universitetində davam etdirməsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etmiş tələbələrin müvafiq kurslar üzrə əldə etdikləri biliklərinin test üsulu ilə qiymətləndirilməsi aparılıb.

 

Qiymətləndirmənin nəticələri DİM-in saytında yerləşdirilib.

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group