Texas A&M Universitetində təhsil alan Kreyq Qəhrəman Rzayevlə maraqlı müsahibə

1.Özünüz haqda bir az məlumat verərdiz.

Adım Kreyq Qəhrəman Rzayev, 19 yaşım var. Orta təhsilimi Bakı şəhərində almışam, əvvəlcə 6 saylı İntellekt liseyində oxumuşam, 2013-cü ildə isə 53 saylı orta məktəbi bitirmişəm. Məktəb illəri çox aktiv olmuşam, basketbol və üzgüçülük ilə məşğul olmuşam. Bunda əlavə First Lego League Robotics yarışmasında və Junior Achievement iqtisad lahiyələrində iştirak etmişəm. 16 yaşımda SAT və TOEFL imtahanlarını yüksək ballarla keçmişdim. Hal-hazırda Amerika Birləşmiş Ştatlarının Texas ştatında, Texas A&M Universitetində, Loqistika, Sənaye və Təchizat əməliyatların idarəsi üzrə təhsil alıram.

2. Bu universiteti seçməkdə məqsədiniz nədir?

Ümumiyətlə Amerikada bir ştatdan digərinə çox böyük fərqlər ola bilər. Ona görə də çox düşündükdən sonra Texas ştatına köçmək qərarını verdim. Texas ştatında neft və qaz resursları var, buna görə iqtisadi vəziyyət daha yaxşıdır, iş yerləri çoxdur, cinayət səviyyəsi nisbətən aşağıdır. Bundan əlavə iqlim daha ürəkaçandır. Texas A&M isə bu ştatın ən güclü universiteti sayılır. Odur ki, Texas A&M-ə qəbul olmaq mənim çoxdankı arzum olub.

3. Amerikada təhsil almaq istəyənlərə hansı məsləhətləri verərdiz?

Birinci ən vacib məslətim budur ki ingilis dilini öyrənsinlər. Həm yazılı, həm danışıq səviyyəsini artırsınlar. Bundan əlavə xaricdə təhsil üçün lazım olan bütün imtahanlar və sənədlər barədə məlumat toplasınlar. Təhsil sərgiləri və təqdimatları kimi resurslardan istifadə etsinlər. SAT, TOEFL və ya İELTS imtahanına vaxtında hazırlaşmağa başlasınlar.

4. Amerika təhsilinin sevmədiyiniz tərəfləri hansılardır?

Amerikanın təhsil sistemi çox maraqlıdır. Fakültənizdən asılı olmayaraq hər bir tələbə siyasi elmlərdən tutmuş mühəndisliyin əsaslarına qədər müxtəlif sahələrdən dərslər götürməlidir. Bu onun üçün edilir ki, biz hər tərəfli inkişaf edək. Məsələn mən biznes məktəbində oxusamda, bu semester geofizika dərsi götürməliyəm. Bundan əlavə evdən bu qədər uzaqda tək yaşamaq çox çətindir. Çoxlu problemlərin çıxır və onları tamamilə özün həll etməlisən. Amma əvəzində çətinliklərə öyrəşirsən, heç nədən qorxmursan, çəkinmirsən. Məncə xaricdə təhsil alan gənclər digər həmyaşıdları ilə müqayisədə qat-qat daha təcrübəli, özünə inamlı olurlar.

5.Amerikada hansı uğur və naliyyətləriniz olub? Bunlar barədə bir az ətraflı yazardız.

Mən çox şadam ki bu suala uzun cavab verə bilərəm. Bütün çətinliklərə baxmayaraq, qiymətlərim həmişə yaxşı olub. Bundan əlavə tələbə klubları ilə də aktiv şəkildə fəaliyyət göstərirəm. Birinci kursda oxuyanda mən dünyanın ən güclü tələbə şərəf qurumu sayılan, Phi Theta Kappa Beynəlxalq Cəmiyyətinin üzvü olmuşam. Bu qurumun üzvü kimi, biz həm regional həm də milli səviyyədə bir sıra lahiyə və tədbirlərdə iştirak edirik, şəxsi və peşəkar keyfiyyətlərimizin inkişafı üçün çalışırıq.

Məsələn bu il, biz Honors in Action adlı tədqiqat lahiyəsi üzərində çalışırıq. Tədqiqatımızın mövzüsu isə Amerikanın NASA (Milli Aeronavtika və Kosmos) İdarəsi ilə əlaqədardır. Bu lahiyə üzərində NASA-nın kosmik uçuşlar üzrə direktoru işləmiş, cənab Paul Hill ilə birlikdə çalışırıq. Gələn il tədqiqatımızın nəticələrini Vaşinqton şəhərində keçiriləcək beynəlxalq konfransda təqdim edəcəyik.

2015-ci ilin aprel ayında mən Phi Theta Kappa qurumunun mənim universitetim üzrə klubunda 200 nəfər arasında vitse-prezident vəzifəsinə seçilmişəm. Bu 2 il ərzində Phi Theta Kappada fəaliyyətim çox uğurlu olub və mən bir neçə mükafatın sahibi olmuşam. Gələn il mənim vitse prezidentlik müddətim bitir, və bundan sonra mən digər qurumlarda özümü sınayacam. Phi Theta Kappadan əlavə, ötən il mən Tələbə Hökümətində məsul vəzifədə çalışmışam. Gələn il ora dönmək barədə düşünürəm. Amma zaman hər şeyi göstərəcək.

Bundan əlavə mənim Facebook səhifəm var. Vaxtım olanda xarici universitetlərə qəbulla bağlı suallara cavab verirəm.

Paylaşa bilərsiz https://www.facebook.com/craig.baku

Müsahibəyə görə təşəkkür edirəm!

1476481_942125905802452_3911314781170154102_n10806229_946626525352390_54796763047010070_n11782491_865019263586315_6154763183362237077_o1

 

XARİCDƏ TƏHSİL
Akademi Group