Əsas səhifə Saytın xəritəsi Seçilmişlərə əlavə et Çap et AZ | EN | RU






Adam.az

Gürcüstanın Beynəlxalq İqtisadi Məktəbinin iqtisadiyyat fakültəsinin magistri Nizami İmamverdiyevlə müsahibə
02.03.2010

Telebe.azGürcüstanın Beynəlxalq İqtisadi Məktəbinin (International School of Economics at TSU-ISET ) iqtisadiyyat fakültəsinin magistri Nizami İmamverdiyevlə müsahibə.

- Gürcüstanda təhsil almazdan öncə Azərbaycanda harada oxumusunuz və nə işlə məşğul olmusunuz?

- Bura gəlməmişdən öncə Bakı Dövlət Universitetinin İqtisadi Nəzəriyyə ixtisası üzrə bakalavr təhsili almışam. BDU-da oxuduğum müddətdə təhsillə yanaşı gənclər təşkilatında ictimai fəaliyyətlə məşğul olmuşam və IV kursda AEGEE-Baki (Avropa Tələbələr Forumu) qeyri hökumət təşkilatında xəzinədar vəzifəsində çalışmışam. Bununla yanaşı bir sıra beynəlxalq və yerli treninqlərdə iştrak etmişəm.

- Orada universitetə daxil olmaq üçün hansı sənədlər tələb olunur və hara müraciət etmək lazımdır?

- Bunun üçün 3 mərhələdən keçərək İSET-ə qəbul olmalısan. Birinci mərhələdə hər bir tələbə universitetin web səhifəsində yerləşən müraciət formasını doldurmalı və buna tələb olunan sənədlərin surətini  (diplom və ya qiymətlər cədvəli, motivasiya məktubu) əlavə etməlidi. Sənədlərin qəbulu fevralın 1-dən aprel ayının 26-na qədər keçirilir. İkinci mərhələdə tələbələr may ayında ingilis dili və riyaziyyat fənlərindən imtahan verirlər. Üçüncü mərhələdə imtahanı keçmiş tələbələrlə universitet professorları arasında müsahibə olur. Qeyd edim ki, sənədlərini tez vermiş tələbələr universitet tərəfindən keçirilən pulsuz hazırlıq kurslarında iştrak etmək şansı əldə edirlər. Qəbul prosesi haqqında daha ətraflı məlumatı  ISET –in Azərbaycandakı nümayəndiliyi olan CRRC ofisindən və ya universitetin www.iset.ge  web səhifəsindən əldə etmək mümkündür.

- Gürcüstanın təhsil sistemi Azərbaycan tələbələrini hansı özəlliklərinə görə cəlb edə bilər?

- Açığı Gürcüstan post Sovet ölkəsi olduğu üçün, burada da Azərbaycanın təhsil sistemində olduğu kimi çatışmazlıqlar var. Ancaq hal-hazırda təhsil aldığım universitetdə təhsil tam fərqlidir. ISET-də təhsil Avropa və ya Amerika təhsil sisteminə uyğun keçirilir. ISET-də təhsil alan tələbənin aldığı qiymətlərdən asılı olaraq, pulsuz təhsil almaqla yanaşı 500$-a  qədər təqaüd almaq imkanları da var.Universiteti bitirən azərbaycanlı məzunlar Milli Bank, İqtisadi İnkişaf Nazirliyi və özəl banklarda işləyirlər. Digər xarici tələbələr isə PhD dərəcəsi üzrə University of Pennsylvania, University of Chicago və bu kimi digər universitetlərdə öz təhsillərini davam etdirirlər. Bundan başqa tələbələrin asudə vaxtlarını səmərəli keçirilməsi üçün idman zalı və istirahət otağı fəaliyyət göstərir. Qeyd edim ki, tələbələr universitetdə internetdən istənilən vaxt sərbəst şəkildə isitfadə edə bilirlər.

- Sən oxuduğun ali təhsil müəssisəsində hansı dildə təhsil alırsan?

- ISET-də təhsil Avropada ve ya Amerikada PhD dərəcəsi almış savadlı professorlar tərəfindən ingilis dilində aparılır.

- Gürcüstan təhsil ocaqlarında korrupsiya, “tapş” hallarına rast gəlmək mümkündürmü?
- İlk növbədə onu qeyd edim ki, təhsil aldığım universitetdə korrupsiya ve ya “tapş” hallarından söhbət gedə bilməz. Digər təhsil ocaqlarına gəldikdə isə demek istərdim ki, Gürcüstanda Avropaya inteqrasiya prosesi sürətlə gedir və gürcü dostlarımın verdiyi məlumata görə bu cür hallar müşahidə olunmur.

- Oradakı gürcü tələbələrin oxumamaq əvəzinə rüşvət vermək məsələsinə münasibəti necədir?

- Burdakı təhsil alan tələbələrin bir çoxları keyfiyyətli təhsil almağa meyillidirlər və bu cür hallara çox pis münasibət bəsləyirlər. Həmçinin universitetdə təhsil şəraiti elə qurulub ki, tələbələrin rüşvət vermələrinə imkan yaranmır.

- Təhsilin səviyyəsinə görə Azərbaycanla Gürcüstanı zəhmət olmasa qısa da olsa müqayisə et.
- Fikrimcə Gürcüstanda dərs deyən xarici professorların sayı daha çoxdur. Həmçinin beynəlxalq təşkilatlar tərəfindən burda təhsil sahəsinə investisiya daha çox qoyulur. Bu səbəbdən bəzi sahələrdə təhsil səviyyəsinə görə Gürcüstan Azərbaycandan üstündür. Düşünürəm ki, dövlətimizin və xarici təşkilatların marağı Azərbaycanın təhsil sisteminə artsa, bizim təhsil ocaqlarımız nəinki Gürcüstanın, həmçinin Avropanın bir çox təhsil ocaqlarından üstün olar.

Telebe.az

 

 

 

 

 

/TELEBE.AZ/
Rəşad Mehbalıyev


------------------------------------------------------------------------------------------------------------------------------------------------------
09.09.2010
Prezident təqaüdü alan tələbələr bəlli oldu - SİYAHI

Telebe.azAzərbaycan Prezidenti İlham Əliyev 2010/2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Telebe.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün


08.09.2010
Bizim tələbələrin çoxu türkiyəli tələbələrdən daha çalışqan və savadlıdır…

Telebe.azTelebe.Az-ın Türkiyənin İstanbul Universitetinin Cerrahpaşa Tibb fakültəsində bakalavr dərəcəsində təhsil alan Vəfa Musayeva ilə müsahibəsi...

- Türkiyədə təhsil almazdan öncə Azərbaycanda hansı ali məktəbdə təhsil almısan və nə işlə məşğul olmusan?




08.09.2010 Misir Mərdanov: “Mən hesab edirəm ki, məktəblərdə çalışan müəllimlərin xeyli hissəsi məktəbdə çalışmağa və müəllim adını daşımağa layiq olmayanlardır
07.09.2010 Honq Konq Elm və Texnologiya Universiteti
07.09.2010 Tələbə və şagirdlərin təqaüdü artırıldı
03.09.2010 ABU-nun tələbələri çıxılmaz durumda
03.09.2010 Dillər Universtitetində iki yeni ixtisas açıldı
02.09.2010 BLOQOSFER 2010
01.09.2010 Melburn Universiteti
01.09.2010 Tələbələrə azad və mütəşəkkil qaydada təhsil almaq imkanlarının verilməsi Azərbaycan təhsil sistemində görmək istədiyim təqdirə layiq dəyişikliklərdən olardı
31.08.2010 Sidney Universiteti
31.08.2010 Hansı ölkədə hərbi xidməti necə və neçə il edirlər?
30.08.2010 Britaniya Kolumbiyası Universiteti
30.08.2010 TQDK bu ilin sonuncu qəbul imtahanını keçirib

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

FORUM
{ 18.04.2008 } Müzakirəyə qoşul
TELEBE.AZ-DA PULSUZ ELAN VER
Azərbaycanda fəaliyyət göstərən bir sıra məşhur forumlarda elanlar bölməsi mövcuddur.İndi siz istənilən elanınızı (bahalı telefon mömrələri, vakansiyalar, mobil telefonlar, kitablar, kurslar seminarlar, treninqlər, və ya satmaq istədiyiniz istənilən əşya) saytımızda yerləşdirə biləcəksiniz. Bunun üçün sadəcə elanı yazıb saytın yaddaşına göndərmək lazımdır. Ən qısa zamanda sizin yazdığınızı minlərlə telebe.az oxucusu görəcək.



bütün xəbərlər
     Günün şüarı
     Xəbərlərə abunə
   
     Partnyor

     Soruşmaq bizdən...
     Yönləndirmə