Əsas səhifə Saytın xəritəsi Seçilmişlərə əlavə et Çap et AZ | EN | RU






Adam.az

MBA nədir?
27.02.2010

Telebe.azMBA (Master of Business Administration) – menecmentdə (idarəetmədə) ixtisas dərəcəsidir. Çox vaxt bu abbreviaturadan dərəcənin göstərilməsi üçün deyil, həm də dərəcə almaqdan ötrü tədris proqramları üçün də istifadə olunur. MBA ixtisası dedikdə, orta və yüksək manqanın rəhbərinin işini yerinə yetirməsi bacarığı başa düşülür. Adətən MBA proqramı üzrə tədris dövrü bir ildən iki ilə qədər vaxt aparır.

Dünyanın top biznes-məktəblərindən birində əldə edilmiş MBA dərəcəsi – dünyanın məşhur korporasiyalarında top-menecer vəzifəsinə “açar” və öz potensialını menecer kimi tam göstərmək imkanıdır!

MBA –dərəcə bir sıra üstünlüklər verir:

    * Biznesin müxtəlif sahələrində: maliyyə, marketinq, sahibkarlıq, menecment kimi sahələrində dərin təcrübi biliklər almağa imkan verir;

xarici ölkədə uğur qazanmış menecerlərin arasında 2 ilə qədər qalmaq və təhsil aldıqdan sonra orada işləmək imkanı;

    * Bütün dünyada dəyərli biznes-əlaqələr qurmaq imkanı;

    * Köklü surətdə peşəni dəyişmək imkanı;

    * Beynəlxalq miqyasda karyera etmək və nəhəng korporasiyalardan birinə rəhbərlik etmək;

    * Şəxsi işini genişləndirmək və biznesin qlobal görüntülərini əldə etmək imkanı;

    * Biznes-məktəblərdə mühazirələr oxuyan Nobel laureatlarının mühazirələrini dinləmək və onlardan öyrənmək imkanı;

    * Öz inkişafına əlverişli investisiyalar etmək imkanı və s.


MBA-nın tarixi 1901-ci ilə  - Nyu-Hempşir ştatının (ABŞ) Dortmund kollecinin biznes-məktəbinin məzunları Master of Business Administration dərəcəsini aldıqları vaxta təsadüf edir. Düzdür, o vaxt bu təhsil bu günkü kimi hörmətdə deyildi.  Diplomda MBA sözü yalnız onu göstərirdi ki, bu şəxs istehsal və bazar üzrə XX əsrin əvvəllərində aktual olan tədris kursu keçmişdir. 66 ildən sonra bunlar Böyük Britaniyada (London və Mançesterdə) meydana gəldi. Avropanın qalan hissəsinə onlar daha sonra gəlmişlər.

40 ildən artıq bir dövr ərzində biznes-məktəblər biznes aləmi üçün əsl peşəkarlar hazırlayan proqram yaratmaq məqsədini qarşılarına qoyaraq, nəzəriyyə  və təcrübə, innovasiya və ənənəvi predmetlər arasında manevr edirdilər. XX əsrin sonunda artıq MBA proqramı üzrə tələbə hazırlığını həyata keçirən 900 ali məktəb var idi. Təkcə ABŞ ərazisində onlar hər il 90 000-dən artıq diplom verir ki, bu da biznes-təhsili ümumi akademik təhsildən sonra populyarlığına görə ikinci yerə qoyur.

Şübhəsiz ki, Amerika biznes-təhsili MBA dərəcəsi almağa imkan verən dünya təhsil proqramları arasında liderdir. Əgər Amerika biznes məktəblərinin diplomları həm ABŞ-da, həm də Avropada eyni dərəcədə qiymətləndirilirsə, Avropanın diplomları, ola bilər yalnız Fransanın İNSEAD və Britaniyanın LBS-i istisna olmaqla, yalnız öz ölkələrində yüksək dəyərləndirilir.

Avropalılarla amerikalıların ciddi rəqabətindən söhbət də gedə bilməz. ABŞ biznes-məktəblərinin liderliyinin səbəbi tələbə və işəgötürənlərin sorğularına daha tez reaksiya verməsindədir. Tədris proqramları maksimum dərəcədə təcrübəyə yaxınlaşdırılmışdır ki, bu da məzunlara bütün dünyanın qabaqcıl şirkətlərində uğurla fəaliyyət göstərmək imkanı verir. Bununla belə, son vaxtlar Avropanın da biznes-təhsili ciddi surətdə inkişaf edir.

Amerikanın qabaqcıl biznes məktəbləri arasında aşağıdakıları (FT.com, Forbes.com, Businessweek.com ümumdünya reytinqlərinin məlumatlarına əsasən) fərqləndirmək olar: Stanford University GSB, Harvard Business School, University of Pennsylvania: Wharton, Columbia Business School, Chicago GSB, Northwestern University (Kellog), MIT Sloan, University of Michigan (Ross) və s.
Avropanın biznes-məktəblərinə gəldikdə isə, onların arasında (ft.com-un məlumatlarına əsasən) liderlər aşağıdakılardır: HEC Paris (France), London Business School (Great Britain), IMD (Switzerland), Instituto de Empresa (Spain), INSEAD (France/Singapore) və s.

MBA-nın keyfiyyətli proqramı  50-70 min ABŞ dollarıdır (tədris xərclərini nəzərə almadan). Bur çox məktəblər banklarla əməkdaşlıq edirlər və öz tələbələrinin kreditləşdirilməsi imkanını nəzərdə tuturlar. Bəzi hallarda, şirkət öz əməkdaşlarının təhsilini  maliyyələşdirir. Bu təhsilin kreditləşməsi barədə danışarkən, ABŞ-da tədris üçün kredit almaq çətin deyil, ona görə ki, Amerikanın çox məktəbləri banklarla birbaşa əməkdaşlıq edirlər. Avropa dövlətlərində isə, çox hallarda maliyyə vəsaitini ozunuz tapmalısınız, ona görə ki, Avropa biznes-məktəbləri tam tədris xərclərini ödəyən kreditləri, demək olar ki vermirlər.
Ümumi və qəbul edilmiş sistemləşdirilmiş program mövcud deyil (eləcə də sistemləşdirilmiş ümumi MBA standartı mövcud deyil).  Buna baxmayaraq proqram formalarının keçirilməsinin daha çox yayılmışlarını fərqləndirmək  olar:

    * Full time MBA - ənənəvi “əyani” formatda tədris olunan proqramlardır, “istehsalatdan ayrılmaqla” tədris olunması nəzərdə tutulub.

    * Part time MBA – “əyani” keçirilən proqramlardır, lakin bu zaman tələbə oxumaq üçün bütün vaxtını sərf etmir (bir qayda olaraq, işin və təhsilin eyni zamanda olması).  Daha çox Part-time proqramının quruluşu, axşam və modul variantları şəkilində yayılıb.

    * Distance MBA – proqramlarında tədris prosesi zamanı daha çox çeviklik əldə etmək üçün məsafədən tədris metodu istifadə olunur.

    * Executive MBA  (EMBA) – bu proqramlar yüksək səviyyəli rəhbərlər üçün nəzərdə tutulub, məzmunu ilə tələbələrin böyük iş təcrübəsinə əsaslanır.

Banker.az

------------------------------------------------------------------------------------------------------------------------------------------------------
09.09.2010
Prezident təqaüdü alan tələbələr bəlli oldu - SİYAHI

Telebe.azAzərbaycan Prezidenti İlham Əliyev 2010/2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Telebe.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün


08.09.2010
Bizim tələbələrin çoxu türkiyəli tələbələrdən daha çalışqan və savadlıdır…

Telebe.azTelebe.Az-ın Türkiyənin İstanbul Universitetinin Cerrahpaşa Tibb fakültəsində bakalavr dərəcəsində təhsil alan Vəfa Musayeva ilə müsahibəsi...

- Türkiyədə təhsil almazdan öncə Azərbaycanda hansı ali məktəbdə təhsil almısan və nə işlə məşğul olmusan?




08.09.2010 Misir Mərdanov: “Mən hesab edirəm ki, məktəblərdə çalışan müəllimlərin xeyli hissəsi məktəbdə çalışmağa və müəllim adını daşımağa layiq olmayanlardır
07.09.2010 Honq Konq Elm və Texnologiya Universiteti
07.09.2010 Tələbə və şagirdlərin təqaüdü artırıldı
03.09.2010 ABU-nun tələbələri çıxılmaz durumda
03.09.2010 Dillər Universtitetində iki yeni ixtisas açıldı
02.09.2010 BLOQOSFER 2010
01.09.2010 Melburn Universiteti
01.09.2010 Tələbələrə azad və mütəşəkkil qaydada təhsil almaq imkanlarının verilməsi Azərbaycan təhsil sistemində görmək istədiyim təqdirə layiq dəyişikliklərdən olardı
31.08.2010 Sidney Universiteti
31.08.2010 Hansı ölkədə hərbi xidməti necə və neçə il edirlər?
30.08.2010 Britaniya Kolumbiyası Universiteti
30.08.2010 TQDK bu ilin sonuncu qəbul imtahanını keçirib

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

FORUM
{ 18.04.2008 } Müzakirəyə qoşul
TELEBE.AZ-DA PULSUZ ELAN VER
Azərbaycanda fəaliyyət göstərən bir sıra məşhur forumlarda elanlar bölməsi mövcuddur.İndi siz istənilən elanınızı (bahalı telefon mömrələri, vakansiyalar, mobil telefonlar, kitablar, kurslar seminarlar, treninqlər, və ya satmaq istədiyiniz istənilən əşya) saytımızda yerləşdirə biləcəksiniz. Bunun üçün sadəcə elanı yazıb saytın yaddaşına göndərmək lazımdır. Ən qısa zamanda sizin yazdığınızı minlərlə telebe.az oxucusu görəcək.



bütün xəbərlər
     Günün şüarı
     Xəbərlərə abunə
   
     Partnyor

     Soruşmaq bizdən...
     Yönləndirmə