Əsas səhifə Saytın xəritəsi Seçilmişlərə əlavə et Çap et AZ | EN | RU






Adam.az

Bakıda bəzi məktəb direktorları kompüterdə işləyə bilmirmiş
26.02.2010

Telebe.azBakının Qaradağ rayonu üzrə məktəb direktorlarının informaiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqlarının öyrənilməsi istiqamətində monitorinqlər keçirilib.
Modern.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, Qaradağdakı 166 saylı məktəbdə aparılan monitorinqdə bu rayon üzrə 25 məktəb direktorundan 14-ü iştirak edib. Digər 11 direktor isə üzrlü səbəblərdən keçirilən yoxlamada iştirak edə bilməyib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyevanın əmrinə əsasən aparılan monitorinqdə İdarənin Strateji Təhlil, planlaşdırma və kadrların idarəolunması (STPKİ), Monitorinq və Qiymətləndirmə, həmçinin  İnformasiya - kommunikasiya texnologiyaları (İKT) sektorlarının əməkdaşları iştirak ediblər.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın tələblərindən irəli gələn monitorinqdə 15 istiqamətdə direktorların İKT-dən istifadə bacarıqları yoxlanılıb.
Monitorinq zamanı direktorların kompüterə giriş və çıxış, yeni faylın yaradılması, mətn yazmaq, yazının albom və ya adi qaydada yazılması, yaddaşa vermə, mətnin səhifələnməsi bacarığı yoxlanılıb. Bundan başqa, direktorların mətnin çap edilməsi, cədvəllərin qurulması, mətn və vərəqlərin ölçülərinin standartlara uyğunluğu, internetlə işləmə, elektron məktub göndərmə, mətni elektron varianta köçürmə, əhəmiyyətini itirmiş mətnin kompüterdən silinməsi və işçi masadan silinmiş mətnin yenidən bərpa edilməsi bacarığı da yoxlanılıb, nəticələr müəyyənləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Strateşi təhlil, planlaşdırma və kadrların idarəolunması sektorunun müdiri Bəhman Nəbiyevin sözlərinə görə, direktorların kompüterdə işləmə bacarığına dair araşdırmaların nəticələri heç də ürəkaçan deyil.  Sektor müdiri qeyd edib ki, yaxın 10 - 15 gün ərzində mövcud vəziyyətin yaranma səbəblərinə baxılacaq, bu istiqamətdə maarifləndirici treninqlər keçiriləcək və yaranmış neqativ halların aradan qaldırılması sahəsində bir sıra işlər görüləcək. Sonrakı mərhələdə isə son vəziyyətlə bağlı təhlil və müzakirələr aparılacaq, vacib məsələlər isə Təhsil Şurasının müzakirəsinə çıxarılacaq.


------------------------------------------------------------------------------------------------------------------------------------------------------
09.09.2010
Prezident təqaüdü alan tələbələr bəlli oldu - SİYAHI

Telebe.azAzərbaycan Prezidenti İlham Əliyev 2010/2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Telebe.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün


08.09.2010
Bizim tələbələrin çoxu türkiyəli tələbələrdən daha çalışqan və savadlıdır…

Telebe.azTelebe.Az-ın Türkiyənin İstanbul Universitetinin Cerrahpaşa Tibb fakültəsində bakalavr dərəcəsində təhsil alan Vəfa Musayeva ilə müsahibəsi...

- Türkiyədə təhsil almazdan öncə Azərbaycanda hansı ali məktəbdə təhsil almısan və nə işlə məşğul olmusan?




08.09.2010 Misir Mərdanov: “Mən hesab edirəm ki, məktəblərdə çalışan müəllimlərin xeyli hissəsi məktəbdə çalışmağa və müəllim adını daşımağa layiq olmayanlardır
07.09.2010 Honq Konq Elm və Texnologiya Universiteti
07.09.2010 Tələbə və şagirdlərin təqaüdü artırıldı
03.09.2010 ABU-nun tələbələri çıxılmaz durumda
03.09.2010 Dillər Universtitetində iki yeni ixtisas açıldı
02.09.2010 BLOQOSFER 2010
01.09.2010 Melburn Universiteti
01.09.2010 Tələbələrə azad və mütəşəkkil qaydada təhsil almaq imkanlarının verilməsi Azərbaycan təhsil sistemində görmək istədiyim təqdirə layiq dəyişikliklərdən olardı
31.08.2010 Sidney Universiteti
31.08.2010 Hansı ölkədə hərbi xidməti necə və neçə il edirlər?
30.08.2010 Britaniya Kolumbiyası Universiteti
30.08.2010 TQDK bu ilin sonuncu qəbul imtahanını keçirib

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

FORUM
{ 18.04.2008 } Müzakirəyə qoşul
TELEBE.AZ-DA PULSUZ ELAN VER
Azərbaycanda fəaliyyət göstərən bir sıra məşhur forumlarda elanlar bölməsi mövcuddur.İndi siz istənilən elanınızı (bahalı telefon mömrələri, vakansiyalar, mobil telefonlar, kitablar, kurslar seminarlar, treninqlər, və ya satmaq istədiyiniz istənilən əşya) saytımızda yerləşdirə biləcəksiniz. Bunun üçün sadəcə elanı yazıb saytın yaddaşına göndərmək lazımdır. Ən qısa zamanda sizin yazdığınızı minlərlə telebe.az oxucusu görəcək.



bütün xəbərlər
     Günün şüarı
     Xəbərlərə abunə
   
     Partnyor

     Soruşmaq bizdən...
     Yönləndirmə