|
|
|
İnsanı xoşbəxt edən 5 faktor
Birinci növbədə mərhəmətli olmaq lazımdır. Psixoloqlar eksperiment iştirakçılarından onlara bir vaxtlar yardım etmiş adamlara minnətdarlıq məktubu yazmalarını xahiş ediblər. Məlum olub ki, bu adamlar özlərini bu cür məktublar yazmamış insanlardan fərqli olaraq daha çox xoşbəxt hiss ediblər. Məktubları göndərmək o qədər də vacib deyil, hətta kağız üzərində sadə minnətdarlıq ifadəsinin əks olunması bu adamları xoşbəxtlik duyğusunu hiss etməyə məcbur edib. Bu hissiyat insanları hətta həftələr və aylar tərk etməyib. İkincisi, nikbin olmaq lazımdır. Eksperiment iştirakçılarına öz gələcəklərini necə görmək barədə fikirləşmək barədə tapşırıq verilib. Bu, sevdiyiniz insanla birgə ailə həyatı da ola bilər, işgüzar fəaliyyətinizdə etibarlı tərəfdaşınz da ola bilər. Bundan sonra öz fikirlərini şəxsi gündəlikdə yazmaq tələb olunub. Bir neçə həftə ərzində bu cür pozitiv düşünən insanlar qeyd ediblər ki, onlarda rühi gümrahlıq xeyli dərəcədə yaxşılaşıb. Üçüncüsü öz uğurlarınıza sevinməyi bacarmaq lazımdır. Həftə ərzində onları sevindirmiş 3 hadisə barədə qeydlər edən eksperiment iştirakçılarınin diqqəti əsasən onların həyatında baş vermiş yaxşı şeylərə yönəlib. Onlar özlərini daha çox xoşbəxt hiss etdikləri məqamları tapıblar. Dördüncüsü, özünüzün daha güclü cəhətlərinizdən istifadə etməniz vacibdir. Məsələn, özlərində yaxşı yumor hissinin olduğunu iddia edənlər zarafatları ilə işgüzar görüşlərdə yaranan gərginliyi aradan qaldıra və yaxud bədbəxtlyə düşmüş dostunu ovundura bilərlər. Yumar hissi də bir sıra bədbəxtlikləri unutmağa kömək edir. Beşincisi, xoş addımlar atmaq lazımdır. Məlumdur ki, xoş addımlar bir qayda olaraq həmişə insanın özünə qayıdır, qarşılıql olur. Ehtiyacı olanlara öz pullarını və vaxtlarını əsirgəməyən insanlar bu cür xoşməramlı addımlardan sonra özlərini daha xoşbəxt hiss etdiklərini söyləyiblər. ------------------------------------------------------------------------------------------------------------------------------------------------------
![]()
FORUM
Müzakirəyə qoşul TELEBE.AZ-DA PULSUZ ELAN VER Azərbaycanda fəaliyyət göstərən bir sıra məşhur forumlarda elanlar bölməsi mövcuddur.İndi siz istənilən elanınızı (bahalı telefon mömrələri, vakansiyalar, mobil telefonlar, kitablar, kurslar seminarlar, treninqlər, və ya satmaq istədiyiniz istənilən əşya) saytımızda yerləşdirə biləcəksiniz. Bunun üçün sadəcə elanı yazıb saytın yaddaşına göndərmək lazımdır. Ən qısa zamanda sizin yazdığınızı minlərlə telebe.az oxucusu görəcək.
|
|
| |||||||||||||||||||||||
| © Telebe.az, 2010 Saytın hazırlanması: www.proqres.com | Layihənin rəhbəri: Mürsəl Əliyev Texniki redaktor: Ülviyyə Filiyeva |
||