Əsas səhifə Saytın xəritəsi Seçilmişlərə əlavə et Çap et AZ | EN | RU






Adam.az

Azərbaycanda 2010-2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul qaydaları açıqlanıb
24.02.2010

Telebe.azTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul qaydalarını açıqlayıb.

APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, komissiya prezident İlham Əliyevin ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə 10 fevral tarixli fərmanını əsas tutaraq 21010-2011-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin tələbə qəbulu qaydalarında müəyyən dəyişikliklər edib. Tədris ili üçün ali məktəblərin Azərbaycan bölməsi üzrə 2 və 3-cü ixtisas qruplarının xarici dildən imtahan fənlərində müəyyən dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul edilib. Həmin qərara uyğun olaraq 2010-cu tədris ilində ali məktəblərin Azərbaycan bölməsi üzrə 2 və 3-cü ixtisas qruplarının xarici dil fənləri sırasına rus dili fənni daxil edilib. Beləliklə, 2-ci qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, rus, fransız, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilərlər.

İkinci ixtisas qrupunda ərəb və fars dilləri xarici dil fənləri sırasından çıxarılıb.
Üçüncü qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus ərəb və fars, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilərlər. Əvvəlki illərdən fərli olaraq Azərbaycan bölməsi üzrə üçüncü ixtisas qrupunun DT altqrupunda da xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq olunacaq.

M. Abbaszadə deyib ki, orta ixtisas məktəblərinə ümumi orta təhsil bazasından qəbul olunmaq istəyən abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Hərbi liseylərə qəbul olunmaq istəyənlər Azərbaycan dili, riyaziyyat, fizika və kimya fənlərindən imtahan verəcəklər.

TQDK sədri hazırda Azərbaycanda qəbul imtahanlarında qapalı tipli test tapşırıqları formasından istifadə edildiyi deyib. Eyni zamanda qeyd edib ki, 2011-ci ildə qəbul imtahanlarında digər test tapşırıq formasından - açıq tipli test tapşırıqlarından da istifadə etmək planlaşdırılır.

Ətraflı məlumatı burdan öyrənə bilərsiniz.

------------------------------------------------------------------------------------------------------------------------------------------------------
09.09.2010
Prezident təqaüdü alan tələbələr bəlli oldu - SİYAHI

Telebe.azAzərbaycan Prezidenti İlham Əliyev 2010/2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Telebe.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün


08.09.2010
Bizim tələbələrin çoxu türkiyəli tələbələrdən daha çalışqan və savadlıdır…

Telebe.azTelebe.Az-ın Türkiyənin İstanbul Universitetinin Cerrahpaşa Tibb fakültəsində bakalavr dərəcəsində təhsil alan Vəfa Musayeva ilə müsahibəsi...

- Türkiyədə təhsil almazdan öncə Azərbaycanda hansı ali məktəbdə təhsil almısan və nə işlə məşğul olmusan?




08.09.2010 Misir Mərdanov: “Mən hesab edirəm ki, məktəblərdə çalışan müəllimlərin xeyli hissəsi məktəbdə çalışmağa və müəllim adını daşımağa layiq olmayanlardır
07.09.2010 Honq Konq Elm və Texnologiya Universiteti
07.09.2010 Tələbə və şagirdlərin təqaüdü artırıldı
03.09.2010 ABU-nun tələbələri çıxılmaz durumda
03.09.2010 Dillər Universtitetində iki yeni ixtisas açıldı
02.09.2010 BLOQOSFER 2010
01.09.2010 Melburn Universiteti
01.09.2010 Tələbələrə azad və mütəşəkkil qaydada təhsil almaq imkanlarının verilməsi Azərbaycan təhsil sistemində görmək istədiyim təqdirə layiq dəyişikliklərdən olardı
31.08.2010 Sidney Universiteti
31.08.2010 Hansı ölkədə hərbi xidməti necə və neçə il edirlər?
30.08.2010 Britaniya Kolumbiyası Universiteti
30.08.2010 TQDK bu ilin sonuncu qəbul imtahanını keçirib

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

FORUM
{ 18.04.2008 } Müzakirəyə qoşul
TELEBE.AZ-DA PULSUZ ELAN VER
Azərbaycanda fəaliyyət göstərən bir sıra məşhur forumlarda elanlar bölməsi mövcuddur.İndi siz istənilən elanınızı (bahalı telefon mömrələri, vakansiyalar, mobil telefonlar, kitablar, kurslar seminarlar, treninqlər, və ya satmaq istədiyiniz istənilən əşya) saytımızda yerləşdirə biləcəksiniz. Bunun üçün sadəcə elanı yazıb saytın yaddaşına göndərmək lazımdır. Ən qısa zamanda sizin yazdığınızı minlərlə telebe.az oxucusu görəcək.



bütün xəbərlər
     Günün şüarı
     Xəbərlərə abunə
   
     Partnyor

     Soruşmaq bizdən...
     Yönləndirmə