|
|
|
London İqtisadiyyat Məktəbinin Məzun Təqaüdləri
Hər il Məzunlara Yardım Proqramı (GSS) çərçivəsində magistratura tələbələri üçün 2 milyon £ məbləğində vəsait ayrılır. Bu proqram təhsil haqqlarını ödəmək imkanına malik olmayan tələbələr üçün nəzərdə tutulub. Təqaüdün məbləği 3,000 £ - 10,000 £ arasındadır.Təqaüd proqramı: yarım və tam gün olmaqla (12,500 £ məbləğində 2 təqaüd) Təqaüd proqramının müddəti: bir il Müraciət üçün son tarix: 2010-cu il aprelin sonu Açıqdır: istənilən fənn üzrə bir illik magistratura tələbələri üçün Təqaüdlər Hər il Məzunlara Yardım Proqramı (GSS) çərçivəsində magistratura tələbələri üçün 2 milyon £ məbləğində vəsait ayrılır. Bu proqram təhsil haqqlarını ödəmək imkanına malik olmayan tələbələr üçün nəzərdə tutulmuşdur. Təqaüdün məbləği 3,000 £ - 10,000 £ arasındadır. 10,000 £ məbləğində bir Francesca Swirski təqaüdünün verilməsi nəzərdə tutulur. Müraciətlər 2010-cu ilin aprelin sonlarınadək London İqtisadiyyat Məktəbinə (LSE) təqdim edilməlidirlər. 12,500 £ məbləğində 2 Mərkəzi Avropa Elmlər magistri təqaüdü istənilən fənn üzrə bir illik magistratura kursu keçən tələbələrə veriləcəkdir. Müraciətlər 2010-cu ilin aprelin sonlarınadək Məktəbə (LSE) təqdim edilməlidirlər. Bütün MRes/MPhil/PhD tələbələri LSE Tədqiqat Təqaüd Proqramına müraciət edə bilərlər. Göstəriləcək maddi yardımın həcmi hər bir fakültə tərəfindən ayrıca müəyyənləşdirilir və adətən təhsil haqqlarını hissəvi olaraq qarşılayır. Müraciətlər 2010-cu ilin iyun ayının 11-dək Məktəbə təqdim edilməlidirlər. London İqtisadiyyat Məktəbi magistratura tələbələrinə və tədqiqatçı tələbələrə həmçinin geniş həcmdə Proqramla əlaqədar fənnlər üzrə təqaüdlər və LSE Adlı Təqaüdləri təklif edir. Təqaüdlərin dəyəri müxtəlifdir. Təqaüdlər və müraciət proseduru haqda daha müfəssəl məlumatı burada əldə edə bilərsiniz. London İqtisadiyyat Məktəbinin təklif etdiyi bütün təqaüd proqramları üçün tələbələrin mümkün qədər tez müraciət etmələri tövsiyyə olunur. Daha ətraflı: http://www.lse.ac.uk/collections/studentServicesCentre/financialSupportOffice/ Email: stu.rec@lse.ac.uk Resurs.az ------------------------------------------------------------------------------------------------------------------------------------------------------
![]()
FORUM
Müzakirəyə qoşul TELEBE.AZ-DA PULSUZ ELAN VER Azərbaycanda fəaliyyət göstərən bir sıra məşhur forumlarda elanlar bölməsi mövcuddur.İndi siz istənilən elanınızı (bahalı telefon mömrələri, vakansiyalar, mobil telefonlar, kitablar, kurslar seminarlar, treninqlər, və ya satmaq istədiyiniz istənilən əşya) saytımızda yerləşdirə biləcəksiniz. Bunun üçün sadəcə elanı yazıb saytın yaddaşına göndərmək lazımdır. Ən qısa zamanda sizin yazdığınızı minlərlə telebe.az oxucusu görəcək.
|
|
| |||||||||||||||||||||||
| © Telebe.az, 2010 Saytın hazırlanması: www.proqres.com | Layihənin rəhbəri: Mürsəl Əliyev Texniki redaktor: Ülviyyə Filiyeva |
||