Bakıda daha bir möhtəşəm tikinti layihəsi reallaşacaq (VIDEO)
04.02.2010
Beynəlxalq şirkətlər Bakıda ardı-ardına bir neçə layihə həyata keçirirlər. Bu dəfə Bakı buxtasından dənizin içinə muzey kompleksinin yaradılması ilə bağlı layihə ortaya çıxıb. Bu layihənin videosu da artıq internetdə var. Telebe.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, layihə Nyu York şəhərində yerləşən Asset Management (GCAM) konsaltinq şirkəti tərəfindən yaradılıb. Layihənin rəhbəri məşhur incəsənət xadimi Rusiya əsilli ABŞ vətəndaşı Tomas Krensdir (Thomas Krens). O həmçinin MDB- də bir sira mədəni layihələr həyata keçirən Salamon fondunun da rəhbəridir. Qeyd edək ki, layihədə bir çox inqilabi yeniliklər nəzərdə tutulub. Belə ki, Bakı buxtasının içinə doğru bir sıra obyektlərin – ticarət mərkəzlərinin, muzeylərin, parkların salınması nəzərdə tutulur. Məlumatda layihənin məbləğı və işlərin görülmə vaxtı barədə heç bir şey qeyd olunmayıb. Təkcə o bildirilir ki, layihə ölkə rəhbərliyi tərəfindən təstiqlənməyib.
Azərbaycan Prezidenti İlham Əliyev 2010/2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Telebe.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün
{ 18.04.2008 }
Müzakirəyə qoşul
TELEBE.AZ-DA PULSUZ ELAN VER
Azərbaycanda fəaliyyət göstərən bir sıra məşhur forumlarda elanlar bölməsi mövcuddur.İndi siz istənilən elanınızı (bahalı telefon mömrələri, vakansiyalar, mobil telefonlar, kitablar, kurslar seminarlar, treninqlər, və ya satmaq istədiyiniz istənilən əşya) saytımızda yerləşdirə biləcəksiniz. Bunun üçün sadəcə elanı yazıb saytın yaddaşına göndərmək lazımdır. Ən qısa zamanda sizin yazdığınızı minlərlə telebe.az oxucusu görəcək.