Əsas səhifə Saytın xəritəsi Seçilmişlərə əlavə et Çap et AZ | EN | RU






Adam.az

Qadınlar ali təhsil alsalar da…
04.02.2010

Telebe.azHəm Böyük Britaniyada, həm də Amerika Birləşmiş Ştatlarında aparılan araşdırmalar göstərib ki, ali təhsil alanlar arasında qızlar oğlanlardan çox olsa da, bu üstünlük sonradan görünmür. Əksinə, iş yerlərində yüksək vəzifə tutanlar arasında kişilər üstünlük təşkil edir.

Böyük Britaniyada ötən həftə qeyri-bərabərlik haqqında hesabat açıqlanıb. Həmin hesabatda göstərilir ki, orta məktəbdə qızlar oğlanlardan daha yaxşı oxuyurlar, ali məktəblərə qızlar daha çox qəbul olunur və burda da daha yaxşı nəticə göstərirlər. 44 yaşına qədər bütün yaş qruplarında hazırda ali təhsilli qadınlar ali təhsilli kişilərdən çoxdur.

Amerikada isə 2006-2007-ci təhsil ilində kollec məzunlarının 57 faizi qızlar olub. Bu ölkədə 45 yaşından aşağı ali məktəb məzunlarının çoxu qadınlardır. Bununla belə hər iki ölkədə şirkətlərin rəhbərləri arasında qadınlar çox azdır.

Britaniyada 100 əsas şirkətin rəhbərliyində qadınların 12,2 faiz təşkil edir. ABŞ-da isə yüksək vəzifəli qadınların sayı 15,2 faizdir. Lakin onu da qeyd etmək lazımdır ki, qadın məzunlar sürətlə artsa da, şirkət yaşına çatmaq üçün hələ var. Çünki 10 il keçəndən sonra indi universitetdə olduğu kimi şirkət rəhbərliyində də qadınlar üstünlük təşkil edəcəklər. Elə indini özündə bu prosesi müşahidə etmək olur.

ABŞ-da kollec məzunları arasında qadınların üstünlüyü ilk dəfə 1982-ci ildə olub. İndi həmin qızlar 50 yaşına çatıblar.

Amerikada 30-44 yaş arasında olan qadınların gəlirləri 2004-cü ildə 1970-ci illə müqayisədə 44 faiz artıb. Kişilərdə isə bu artım cəmi 6 faiz olub. 1970-də bu yaş qrupunda olan qadınların yalnız 4 faizi öz ərlərindən çox qazanırdı. 2007-ci ildə isə bu göstərici 22 faiz olub. Bununla belə ümumilikdə götürəndə qadınlar kişilərdən yenə az qazanırlar. Maraqlıdır, görəsən niyə?

Ənənəvi cavab ayrıseçkilikdir. Hələ də vəzifəyə təyin edən adamların bir çoxu düşünür ki, qadınlar məsuliyyətin öhdəsindən gələ bilmir. Ancaq bu tək cavab deyil. Başqa bir səbəbi uşaq beşiyində axtarmaq lazımdır. Çünki dünyaya uşaq gətirən qadın bir neçə müddət işdən uzaqlaşır. İşə qayıdanda isə çox məsuliyyət tələb edən işlərə girişmirlər. Bu da onların gəlirinin aşağı düşməsinə səbəb olur. Buna görədir ki, Britaniya hökuməti ötən həftə yeni qanunvericilik tətbiq edəcəyini bildirib. Bu qanunvericiliklə qadınlara verilən ödənişli analıq məzuniyyətinin sonuncu 3 ayı atalara veriləcək.

Azadlıq radiosu

------------------------------------------------------------------------------------------------------------------------------------------------------
09.09.2010
Prezident təqaüdü alan tələbələr bəlli oldu - SİYAHI

Telebe.azAzərbaycan Prezidenti İlham Əliyev 2010/2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Telebe.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün


08.09.2010
Bizim tələbələrin çoxu türkiyəli tələbələrdən daha çalışqan və savadlıdır…

Telebe.azTelebe.Az-ın Türkiyənin İstanbul Universitetinin Cerrahpaşa Tibb fakültəsində bakalavr dərəcəsində təhsil alan Vəfa Musayeva ilə müsahibəsi...

- Türkiyədə təhsil almazdan öncə Azərbaycanda hansı ali məktəbdə təhsil almısan və nə işlə məşğul olmusan?




08.09.2010 Misir Mərdanov: “Mən hesab edirəm ki, məktəblərdə çalışan müəllimlərin xeyli hissəsi məktəbdə çalışmağa və müəllim adını daşımağa layiq olmayanlardır
07.09.2010 Honq Konq Elm və Texnologiya Universiteti
07.09.2010 Tələbə və şagirdlərin təqaüdü artırıldı
03.09.2010 ABU-nun tələbələri çıxılmaz durumda
03.09.2010 Dillər Universtitetində iki yeni ixtisas açıldı
02.09.2010 BLOQOSFER 2010
01.09.2010 Melburn Universiteti
01.09.2010 Tələbələrə azad və mütəşəkkil qaydada təhsil almaq imkanlarının verilməsi Azərbaycan təhsil sistemində görmək istədiyim təqdirə layiq dəyişikliklərdən olardı
31.08.2010 Sidney Universiteti
31.08.2010 Hansı ölkədə hərbi xidməti necə və neçə il edirlər?
30.08.2010 Britaniya Kolumbiyası Universiteti
30.08.2010 TQDK bu ilin sonuncu qəbul imtahanını keçirib

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

FORUM
{ 18.04.2008 } Müzakirəyə qoşul
TELEBE.AZ-DA PULSUZ ELAN VER
Azərbaycanda fəaliyyət göstərən bir sıra məşhur forumlarda elanlar bölməsi mövcuddur.İndi siz istənilən elanınızı (bahalı telefon mömrələri, vakansiyalar, mobil telefonlar, kitablar, kurslar seminarlar, treninqlər, və ya satmaq istədiyiniz istənilən əşya) saytımızda yerləşdirə biləcəksiniz. Bunun üçün sadəcə elanı yazıb saytın yaddaşına göndərmək lazımdır. Ən qısa zamanda sizin yazdığınızı minlərlə telebe.az oxucusu görəcək.



bütün xəbərlər
     Günün şüarı
     Xəbərlərə abunə
   
     Partnyor

     Soruşmaq bizdən...
     Yönləndirmə