Əsas səhifə Saytın xəritəsi Seçilmişlərə əlavə et Çap et AZ | EN | RU






Adam.az

“Amerikada həyat heç də Hollywood-un bizə tanıtdığı kimi deyil”
02.02.2010

Telebe.azTelebe.az-ın yeni müsahibi Amerikada magistr təhsili alan Orxan Səməndərlidir. O, Texas A&M Universitetində Neft Mühəndisliyi ixtisasi üzrə təhsil alır.

Özünüz haqqında məlumat verin (ABŞ-da təhsil alanadək harada oxumusunuz və hansı işlərlə məşğul olmusunuz?)

ABŞ-da təhsil alanadək Türkiyənin Orta Doğu Teknik Universitetində Neft Mühəndisliyi ixitsasında bakalavr oxumuşam. Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayını və Azərbaycanın Türkiyə ilə olan qardaş münasibətlərini nəzərə alsaq, orda heç bir çətinliklə və problemlə qarşılaşmamışdım. Türkiyədə təhsil alan azərbaycanlı tələbələr olaraq  müxtəlif tədbirlər keçirib milli bayramlarımızı qeyd edirdik. Bundan başqa xüsusi tanıtım proqramlarında, Azərbaycanı, milli adət-ənənələrimizi, geyimlərimizi başqa ölkələrin nümayəndələrinə tanıtmaqla da məşğul olurduq.

Amerikada təhsil almaq üçün hansı proqramla bu ölkəyə  getmisən? Bunun üçün hara müraciət etmək lazımdır və  hansı sənədlər tələb olunur?

ABŞ-da təhsil almaq üçün heç bir proqrama müraciət etməmişəm. Mənim gəldiyim program qeyri-rəsmi olaraq adlandırsam “fərdi proqram” deyərdim. Əslində hər şey çox asandır. Mühüm olan lazım olan sənədləri müraciət etmək istədiyiniz universitetə əvvəlcədən müəyyən olmuş tarixə qədər göndərməkdir. Bu sənədlər universitetdən asılı olaraq dəyişə bilər. Ona görə lazım olan sənədləri müəyyən etmək üçün müraciət etmək istədiyiniz universitetin internet adresinə girib baxmaq lazımdır. Ümumi olaraq baxası olsaq 5 sənəd istənilə bilər; TOEFL və GRE balları, Xasiyyətnamə, Bakalavr qiymətləri və niyə o univeriteti seçdiyini göstərən Xüsusi İnşa.

Azərbaycanın təhsil nazirliyi Amerikanın ali təhsil ocaqlarını  ölkədə qəbul olunan “Xaricdə  təhsillə bağlı dövlət proqramı”-nın siyahısından çıxarıb. Buna münasibətin necədir?

Sözün düzü, mən  bu xəbəri ilk dəfə internetdə qoyulmuş bir məqalədən oxuyanda şok oldum. Çünki məqaləni yazan müəllifə görə Misir Mərdanov bu qərarı Amerikaya gedən tələbələrdə “beyin yuyulması əməliyyatı” aparıldığına görə verib. Mən burda bir neçə azərbaycanlı tələbələrlə tanış olmuşam və tam əminliklə deyə bilərəm ki, o tələbələr vətənini, millətini heç də Azərbaycanda yaşayan insanlardan az sevmirlər.

Amerikan müəllimləri ilə Azərbaycandakı müəllimləri nə  fərqləndirir və nə birləşdirir :):):):)?


Əfsuslar olsun ki, mən bu sualın cavabını verə bilməyəcəm. Çünki bakalavrı Azərbaycanda oxumamışam.

Amerikada təhsil dedikdə  hər kəs Harvard kimi universitetlər haqqında düşünür. Ümumən götürsək yaxşı təhsil almaq üçün Amerikanın hansı universitetlərini seçmək lazımdır? Burda kriteriyalar necə müəyyənləşir?

Universitetin prestijli adının olması ordakı təhsilin birbaşa göstəricisi deyil, amma onu da unutmamaq lazımdır ki, Stanford, Harvard, MIT kimi Univeristetlər müxtəlif təşkilatların aparmış olduğu sorğular nəticəsində dünyanın ən öndə gedən və keyfiyyətli universitetləri kimi səs toplamışlar. Belə univeristetlərdə təhsilin keyfiyyətli olmasının səbəbi orda oxuyan amerikalı tələbələrin Amerikadakı nüfuzlu  ve imkanlı ailələrin uşaqları olmasıdır ki, onlar məzun olduqdan sonra oxumuş olduqları universitetin elmi tədqiqat laboratoriyalarına, kitabxanasına və müxtəlif ləvazimatların alınmasına sponsorluq edirlər. Lakin ümumən baxası olsaq, bir universitetin nə qədər yaxşı olduğunu ölçmək üçün o universitetin müraciət olunan ixtisasda nə qədər yaxşı olduğuna baxmaq lazımdır.

Amerikada əcnəbi tələbənin bir günlük yaşayışı  üçün nə qədər vəsait tələb olunur?

Bu miqdar ştatdan ştata dəyişir. Kaliforniya, Nyu York kimi bahalı ştatlarda bu miqdar çox olacaq. Ancaq mən qaldığım ştat-Texas nisbətən ucuz olduğu üçün gündə 20 ABŞ dolları 3 dəfəlik nahara bəs edir. Bele xərcləri aylıq hesablamaq daha asan olduğu üçün mən deyərdim ki, ayda 1200 ABŞ dolları ev kirayəsi də daxil olmaqla bir tələbənin xərcləyəcəyi orta məbləğdir. Bahalı ştatlarda bu məbləğ 2000-2500 ABŞ dollarına qədər yüksələ bilər.

Amerika arzusu (Amerikan dream) deyimi doğurdanmı realdır. Yoxsa hər  şey o qədər də asan deyil?

Maraqli sualdır :). O Amerika arzusu dedikdə insanların nə arzuladıqlarından asılı olan bir şeydir. Mən yaşayacağım yer ilə əlaqəli əvvəlcədən məlumat topladığım üçün məni çaşdıran bir şey olmadı. Hər şey demək olar ki, gözlədiyim kimi oldu. Amma onu da vurğulamaq istəyirəm ki, Amerikada həyat heç də Hollywood-un bizə tanıtdığı kimi deyil. Amerikaya təhsil almaq üçün gedən tələbələrə məsləhət görərdim ki, gedəcəkləri yerlə əlaqəli internetdə araşdırma etsinlər.

Telebe.azTelebe.az






Telebe.az /Rəşad Mehbalıyev



------------------------------------------------------------------------------------------------------------------------------------------------------
07.09.2010
Tələbə və şagirdlərin təqaüdü artırıldı

Telebe.azAzərbaycan Respublikası prezidenti İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncam imzalayıb. Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, sərəncam dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantların,


03.09.2010
ABU-nun tələbələri çıxılmaz durumda

Telebe.azUniversitetin əmlakının satılması bahasına olsa da, dəymiş ziyanın ödənilməsi tələb edilir

Axırıncı dəfə ötən ilin iyununda olmuşduq Azərbaycan Beynəlxalq Universitetində (ABU). Rektor Elşad Abdullayevlə universitetin gələcək taleyinə yaranmış təhlükələr barədə söhbətə – müsahibəyə yollanmışdıq.




03.09.2010 Dillər Universtitetində iki yeni ixtisas açıldı
02.09.2010 BLOQOSFER 2010
01.09.2010 Melburn Universiteti
01.09.2010 Tələbələrə azad və mütəşəkkil qaydada təhsil almaq imkanlarının verilməsi Azərbaycan təhsil sistemində görmək istədiyim təqdirə layiq dəyişikliklərdən olardı
31.08.2010 Sidney Universiteti
31.08.2010 Hansı ölkədə hərbi xidməti necə və neçə il edirlər?
30.08.2010 Britaniya Kolumbiyası Universiteti
30.08.2010 TQDK bu ilin sonuncu qəbul imtahanını keçirib
28.08.2010 FLEX Proqramı
27.08.2010 Kvinslend Universiteti
27.08.2010 Gənclər üçün Seula pulsuz səfər imkanı
26.08.2010 Lozanna Federal Politexnik Məktəbi

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

FORUM
{ 18.04.2008 } Müzakirəyə qoşul
TELEBE.AZ-DA PULSUZ ELAN VER
Azərbaycanda fəaliyyət göstərən bir sıra məşhur forumlarda elanlar bölməsi mövcuddur.İndi siz istənilən elanınızı (bahalı telefon mömrələri, vakansiyalar, mobil telefonlar, kitablar, kurslar seminarlar, treninqlər, və ya satmaq istədiyiniz istənilən əşya) saytımızda yerləşdirə biləcəksiniz. Bunun üçün sadəcə elanı yazıb saytın yaddaşına göndərmək lazımdır. Ən qısa zamanda sizin yazdığınızı minlərlə telebe.az oxucusu görəcək.



bütün xəbərlər
     Günün şüarı
     Xəbərlərə abunə
   
     Partnyor

     Soruşmaq bizdən...
     Yönləndirmə