Əsas səhifə Saytın xəritəsi Seçilmişlərə əlavə et Çap et AZ | EN | RU






Adam.az

Əhalinin 2,8 milyon nəfəri 14-29 yaşındakı gənclərdir
01.02.2010

Telebe.az2 fevral Azərbaycanda Gənclər günüdür. Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2010-cu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi kişilər, 51 faizi isə qadınlardır. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 9 faiz artıb və bütövlükdə doğulan körpələrin 82,3 faizi gənc ailələrdə dünyaya göz açıb.  

2009-cu ildə ölkədə nikaha daxil olanların 75,1 faizini gənclər təşkil edib və son beş ildə nikah bağlayan gənclərin sayı 12 faiz artıb. Ölkə üzrə ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27, qadınların orta yaşı isə 23-dür. 2009-cu ildə erkən nikaha (18 yaşa qədər) daxil olan qadınların sayı əvvəlki ilə nisbətən 10,4 faiz artaraq 6,9 faizə çatıb. Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Hacıqabul, Siyəzən, Quba, Zərdab, Masallı rayonlarında erkən yaşda nikaha daxil olan qadınların sayı digər rayonlara nisbətən daha çoxdur. Boşananların arasında gənclərin xüsusi çəkisi 22,6 faizdir.
Ötən il bütün beynəlxalq yarışlarda gənc idmançılarımız tərəfindən 619, o cümlədən 249 qızıl, 176 gümüş, 194 bürünc medal qazanılıb ki, onlardan da 174-ü olimpiya idman növləri üzrə olan medallardır.
Dövlət Statistika Komitəsi tərəfindən aparılan statistik müayinələrin nəticələrinə görə, bu gün gənclərin 93 faizi öz sağlamlığını yaxşı qiymətləndirir. Gənclərin təhsil səviyyəsi də ilbəil artır. Cari tədris ilinin əvvəlinə Azərbaycanda 53 min tələbənin orta ixtisas təhsili aldığı 58 dövlət və 4 qeyri-dövlət orta ixtisas təhsil müəssisəsi və tələbələrinin sayı 138 min nəfər olan 37 dövlət və 16 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir.
Son 5 ildə orta ixtisas təhsil müəssisələrində təqaüdlərin məbləği 7 dəfə, ali təhsil müəssisələrində isə bakalavr və magistrlərin təqaüdləri müvafiq olaraq 6 və 5 dəfə artırılıb. Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan Azərbaycan gənclərinin sayı da ilbəil artır. Son 5 ildə dövlət xətti ilə xaricdə oxuyan azərbaycanlı tələbələrin sayı 2 dəfə artaraq 2081-ə çatıb. Onlardan 57 faizi Bakı şəhərinin orta məktəblərinin, 43 faizi isə digər şəhər və rayonların orta məktəblərinin məzunlarıdır. Ölkənin elmi potensialında gənclərin sayında da artım müşahidə olunur.
Hazırda elmi müəssisələrdəki tədqiqatçıların 18 faizini gənclər təşkil edir. Azərbaycanda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi və gənclərin idmanla məşğul olması üçün hərtərəfli şərait yaradılması, sağlam həyat tərzinin geniş təbliği nəticəsində narkotiklərlə bağlı cinayətlərdə iştirak etmiş gənclərin sayı azalıb və bu göstərici 2004-cü ildəki 25,8 faizdən 2009-cu ildə 23,5 faizə enib.   


------------------------------------------------------------------------------------------------------------------------------------------------------
07.09.2010
Tələbə və şagirdlərin təqaüdü artırıldı

Telebe.azAzərbaycan Respublikası prezidenti İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncam imzalayıb. Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, sərəncam dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantların,


03.09.2010
ABU-nun tələbələri çıxılmaz durumda

Telebe.azUniversitetin əmlakının satılması bahasına olsa da, dəymiş ziyanın ödənilməsi tələb edilir

Axırıncı dəfə ötən ilin iyununda olmuşduq Azərbaycan Beynəlxalq Universitetində (ABU). Rektor Elşad Abdullayevlə universitetin gələcək taleyinə yaranmış təhlükələr barədə söhbətə – müsahibəyə yollanmışdıq.




03.09.2010 Dillər Universtitetində iki yeni ixtisas açıldı
02.09.2010 BLOQOSFER 2010
01.09.2010 Melburn Universiteti
01.09.2010 Tələbələrə azad və mütəşəkkil qaydada təhsil almaq imkanlarının verilməsi Azərbaycan təhsil sistemində görmək istədiyim təqdirə layiq dəyişikliklərdən olardı
31.08.2010 Sidney Universiteti
31.08.2010 Hansı ölkədə hərbi xidməti necə və neçə il edirlər?
30.08.2010 Britaniya Kolumbiyası Universiteti
30.08.2010 TQDK bu ilin sonuncu qəbul imtahanını keçirib
28.08.2010 FLEX Proqramı
27.08.2010 Kvinslend Universiteti
27.08.2010 Gənclər üçün Seula pulsuz səfər imkanı
26.08.2010 Lozanna Federal Politexnik Məktəbi

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

FORUM
{ 18.04.2008 } Müzakirəyə qoşul
TELEBE.AZ-DA PULSUZ ELAN VER
Azərbaycanda fəaliyyət göstərən bir sıra məşhur forumlarda elanlar bölməsi mövcuddur.İndi siz istənilən elanınızı (bahalı telefon mömrələri, vakansiyalar, mobil telefonlar, kitablar, kurslar seminarlar, treninqlər, və ya satmaq istədiyiniz istənilən əşya) saytımızda yerləşdirə biləcəksiniz. Bunun üçün sadəcə elanı yazıb saytın yaddaşına göndərmək lazımdır. Ən qısa zamanda sizin yazdığınızı minlərlə telebe.az oxucusu görəcək.



bütün xəbərlər
     Günün şüarı
     Xəbərlərə abunə
   
     Partnyor

     Soruşmaq bizdən...
     Yönləndirmə