tqdk son xeberler

TQDK Gəncə şəhərində qeydiyyatdan keçmiş abituriyentlərə müraciət ünvanlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Gəncə şəhərində “Memarlıq” komissiyası (86) üzrə qeydiyyatdan keçmiş abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2013/2014-cü tədris ili üçün Azərbaycan Dövlət Aqrar Universitetinin “Memarlıq” ixtisasına qəbul aparılmadığına görə Gəncə şəhərində “Memarlıq” komissiyası (86) üzrə seçmə turda (01.05.-20.05.13-cü il tarixlərində) iştirak edərək qeydiyyatdan keçmiş abituriyentlər müvafiq ixtisas

[ Read More ]

TQDK iş nömrəsini və şifri unutmuş şəxslərə müraciət ünvanlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mobil rabitə operatorlarından ödəmə kartı əldə edib sonradan iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 və 7735 nömrələrindən “Elektron ərizə vermək üçün odəmə kartı” və

[ Read More ]

Magistraturaya qəbul olanların qeydiyyatı bugün başlayır

Bu gündən 2013/2014-cü tədris ili üzrə Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların qeydiyyatı başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar bu gündən iyulun 12-dək tələb olunan sənədləri təqdim etməklə, qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi

[ Read More ]

Məleykə Abbaszadə Mingəçevirdə vətəndaşlarla görüşüb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyunun 12-də Mingəçevir şəhərində vətəndaşları qəbul edib. APA-nın məlumatına görə, TQDK sədri Mingəçevir şəhərindən və ətraf rayonlardan olan sakinləri, o cümlədən şəhərdə məskunlaşan məcburi köçkünləri qəbul edərək onların şikayət və təklifləri ilə tanış olub. Görüşdə 60-dan artıq vətəndaş iştirak edib. Onlar təhsil haqqının ödənilməsi, imtahanların nəticələri, işlə

[ Read More ]

Dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin nəticələri açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə əsasən, I-IV siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 77 dərslik, 91 ədəd müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib, bunlardan 12 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib. V siniflər üzrə (Azərbaycan

[ Read More ]

Növbəti buraxılış imtahanı sabah keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən iyunun 7-də Naxçıvan MR-də, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı,  Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçiriləcək. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həmin rayonların buraxılış sinifinin şagirdlərinin imtahana buraxılış vərəqələri

[ Read More ]

Sonuncu sınaq imtahanının nəticələri açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 26-da ali məktəbə hazırlaşan abituriyentlər üçün keçirilən sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri komissiyanın internet saytında (tqdk.gov.az) yerləşdirilib. Abituriyentlər aprelin 26-da keçirilən sınaq imtahanı iştirakçıları cavab kartlarının qrafik təsvirlərinə imtahan nəticələri ilə birlikdə baxa bilərlər. Sonuncu sınaq imtahanı respublikanın 27 şəhərində 56

[ Read More ]

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında” əsasnamədə dəyişiklik edilib

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb. APA-nın verdiyi xəbərə görə, Fərmana əsasən, “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 7.4-cü bəndi aşağıdakı redaksiyada verilib: “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın ali və оrta iхtisas təhsili müəssisələri üçün müəyyənləşdirdiyi tələbə qəbulu

[ Read More ]

Hüquq və jurnalistika fakültələrinə qəbul çətinləşir?

Bu il ali məktəblərin hüquqşünaslıq və jurnalistika ixtisasları üzrə qəbul planının azaldılması həmin ixtisaslar üzrə müsabiqə vəziyyətinə də təsir göstərəcək. “Ali məktəblərə builki qəbul zamanı III ixtisas qrupuna daxil olan hüquqşünaslıq və jurnalistika ixtisasları üzrə yüksək müsabiqə vəziyyətinin yaranacağı gözlənilir”. Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəriElnur Nağızadə deyib. Onun sözlərinə görə, bu

[ Read More ]

Ali məktəblərə qəbul üçün keçid balı açıqlanıb

Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə sənəd verən abituriyentlər üçün ixtisas seçiminin vaxtı müəyyənləşib. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə

[ Read More ]

Azərbaycan Dövlət Aqrar Universitetində yaradılmış “Memarlıq” komissiyasında (86 saylı) qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə!

“2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Administrasiyası Rəhbərinin 19 iyun 2012-ci il tarixli 69 nömrəli Sərəncamına əsasən cari ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “Memarlıq” ixtisasına tələbə qəbulu nəzərdə tutulmamışdır. Həmin ixtisas üzrə ADAU-da yaradılmış “Memarlıq” komissiyasında

[ Read More ]

Bakalavrların nəzərinə!

Ali təhsil müəssisələrinin magistraturalarına ixtisas seçiminə ayrılmış vaxt 30 iyun 2012-ci il saat 12-00-dək uzadılmışdır. Məlumat üçün bildiririk ki, 500 nəfərə yaxın bakalavr ixtisas seçimi aparmış, lakin elektron ərizələrini təsdiq etməmişlər. Həmin bakalavrlar qeyd edilən müddətədək elektron ərizələrini təsdiq etməlidirlər. Əks halda onlar müsabiqəyə buraxılmayacaqlar. Telebe.az

[ Read More ]