Tələbələrin də iştrak edə biləcəyi “İnformasiya Cəmiyyətinin Jurnalisti” proqramı çərçivəsində təlimlər keçiriləcək

Multimedia Mərkəzi tərəfindən “İnformasiya Cəmiyyətinin Jurnalisti” proqramı çərçivəsində Elektron hökumət quruculuğundan yazan Jurnalistlərin professional hazırlığına kömək məqsədilə Treninqlər təşkil olunur.

Layihənin keçirilməsində məqsəd ölkədə İnformasiya Cəmiyyətinin fromalaşmasına , Elektron hökumət quruculuğuna və Açıq Hökumət təşəbbüslərinə dəstək vermək, elektron hökumətin üstünlüklərini cəmiyyətə çatdırmaqdır.

Bu məqsədin gerçəkləşməsi istqamətində Elektron hökumət quruculuğundan, Açıq Hökumət təşəbbüslərindən , elektron hökumətin problemlərindən və uğurlarından ,elektron xidmətlərin keyfiyyətindən sistemli formada yazan peşəkar jurnalistlər şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Treninqlər Elektron hökumət quruculuğu prosesinin, Açıq hökumət təşəbbüsünün və İnformasiya Cəmiyyətinin formalaşmasının xüsusiyyətlərini əks etdirən, eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək.

Proqarmada aşağıdakılar öz əksini tapıb :

– Elektron hökumətin formalaşması və onun əsas xüsusiyyətləri;
– Elektron hökumət portalından effektiv istifadə imkanları;
– Elektron hökumət və yeni media;
– Elektron xidmətlər, interaktiv və informativ xidmətlər ;
– “Asan xidmət” Mərkəzlərinin fəaliyyət prinsipləri ;
– Elektron xidmətlərin keyfiyyət parametrləri;
– Açıq hökumət təşəbbüsü;

Treninqlər ölkədə İKT və media sahəsində tanınmış mütəxəssislər, ekspertlər və alimlər tərəfindən aparılacaq.

Cəmi 5 Treninqin keçirilməsi nəzərdə tutulur.

Treninqlərdə ali məktəblərdə Jurnalist ixtisasları üzrə təhsil alan tələbələr və media sahəsində çalışan gənc Jurnalistlər iştirak edə bilərlər.

Treninqlərdə iştirak etmək istəyənlər üçün kompüter və informasiya texnologiyaları sahəsində elementar biliklərə sahib olmaq tələb olunur.

Treninqlər 26, 27,28,29,30 noyabr tarixlərində saat 15.00 – 18.00- dək keçiriləcək.

Treninqləri uğurla başa vuranlara sertifikatlar veriləcək.

Treninqlərdə iştirak etmək istəyənlər qabaqcadan qeydiyyatdan keçməlidirlər. Yerlərin sayı məhduddur.

İştirak etmək istəyənlər telim.org saytında qeydiyyatdan keçə bilərlər. Və ya multimedia@cit.az e-mail ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, ULTRA və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

Daha geniş məlumat www.telim.org saytında yerləşdirilib.

“Multimedia” Mərkəzi
AZ1001, Bakı, M. Əfəndiyev k. 5
Tel. 492 44 44.
www.telim.org
www.cit.az
multimedia@cit.az

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group