Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Tələbələrin bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb

tehsil nazirliyiTəhsil Nazirliyində ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına uyğun olaraq keçirilib. Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festival zamanı 15 iştirakçı ali məktəbin bədii özfəaliyyət kollektivlərinə baxış keçirilib, kollektiv və tək ifaçılar arasından qaliblər müəyyənləşdirilib. Dövlət ali təhsil müəssisələrinin, özəl ali məktəblərdən isə yalnız Odlar Yurdu Universitetinin iştirak etdiyi bu festivalın nəticələrinə əsasən münsiflər heyəti tərəfindən aparılan seçim əsasında müsabiqə iştirakçılarının 13-ü I, 12-si II, 12-si III yerə, 25 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Təhsil  Nazirliyində isə festival qaliblərinin mükafatlandırılması mərasimi olub. Festival qaliblərin mükafatlandırılması mərasimində I, II və III yerlərin sahiblərinə diplomlar və hədiyyələr, həvəsləndirici yerə layiq görülənlərə isə diplomlar təqdim edilib.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button