Tələbə Qəbulu üzrə Dövlət Komissiyası oktyabr ayının 1-də növbəti SAT imtahanlarını keçirib.

TQDK oktyabrın 1-də növbəti SAT imtahanlarını (2 fərqli SAT imtahanı: SAT və SAT esse) keçirib. İmtahanlar TQDK-nın inzibati binasında təşkil olunmaqla təlimata uyğun keçirilib. İmtahanlarda 23 nəfərin iştirakı nəzərdə tutulsa da, 16 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələrinin oktyabr ayının 27-də elan olunması gözlənilir. Növbəti SAT imtahanlarına qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:

http://www.tqdk.gov.az/exam/sat/qeydiyyat/

tqdk.gov.az

Leave a Reply

Your email address will not be published.

XARİCDƏ TƏHSİL
Akademi Group